Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Son zəng” – Zabil Müqabiloğlunun xatirəsinə


20 may saat 16:00-da ADO Theatre Collective-də mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək


 “Son zəng” adlı tədbir Zabil Müqabiloğlunun fəaliyyət və yaradıcılığına həsr olunub.

 Jurnalistin həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi olacaq. Eyni zamanda aktyorlar Z.Müqabiloğlunun şeirlərinin oxunuşunu edəcək. Tədbir çıxışlarla yekunlaşacaq.

Qeyd edək ki, Zabil Müqabiloğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. “525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Redaktor və baş redaktor vəzifələrini də icra edib. Bir neçə mükafata layiq görülüb. Eyni zamanda “gunxeber.com” saytını təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı yazdığı şeirlərlə də yadda qalıb.

Bir neçə ay bundan öncə, Zabil Müqabiloğlu mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. 26 fevral 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Ailəli idi, bir oğlu var.

Tədbirə hər kəs dəvətlidir, giriş sərbəstdir!

Ünvan: Mirzəağa Əliyev 245 // ADO
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85

Daha ətraflı: www.facebook.com/adotheatre

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar