Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Son 5 il ərzində Azərbaycanda Tacikistan vətəndaşlarına qarşı və onlar tərəfindən cinayət qeydə alınmayıb”



Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 18-də Tacikistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Solini qəbul edib


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R.Usubov yeni təyinat münasibətilə onu təbrik edərək ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan-Tacikistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
 
Daxili işlər naziri dövlətlərimiz arasında əlaqələrin tarixinin uzaq əsrlərə təsadüf etdiyini xatırladıb, hər iki dövlət başçısının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
 
Usubov bildirib ki, indi ölkəmiz nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin  əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb. Belə bir fakt da məmnunluqla vurğulanıb ki, son 5 il ərzində Tacikistan vətəndaşlarına qarşı və onlar tərəfindən cinayət hadisəsi qeydə alınmayıb.
 
Problemlərə toxunan R.Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını bildirib.
 
Səfir Rustam Soli tanışlıq məqsədi daşıyan qəbula və geniş məlumata görə minnətdarlığını bildirərək dövlət müstəqilliyinin bərpası günü münasibətilə R. Usubovu təbrik edib. O, Bakıda böyük quruculuq və abadlıq işlərinin getdiyindən, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq xalqlarımız və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulayıb, eyni zamanda, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən onun terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli növlərinə qarşı birgə mübarizə aparılması sahəsində səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
 
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də ətraflı müzakirə olunub. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar