Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Son 15 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb”

"Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin edib"


Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 mlrd.  manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 mlrd.  manata çatıb.

"Bu dövr ərzində büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna faiz nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3%-lik normaya qarşı orta hesabla 0,6% təşkil edib, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilib. Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur", - deyə T.Budaqov vurğulayıb. (APA) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar