Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Soçi Qran-Prisinin keçirilməsi zamanı Bakı təcrübəsində istifadə edəcəyik”


“Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı çox gözəl təəssüratlarım yaranıb. Təşkilatçılıq möhtəşəmdir və şəhər trasında hər şey gözəl təşkil edilib”


APA-nın məlumatına görə, bunu bu gün Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Kozak Bakıda jurnalistlərə müsahibəsində söyləyib.
 
Gələcəkdə Formula-1 Soçi Qran-Prisinin keçirilməsi zamanı Bakı təcrübəsində istifadə edəcəklərini söyləyən D.Kozak Rusiyada təşkil olunan yarışın müddətinin 2025-ci ilədək uzadıldığını diqqətə çatdırıb: “Soçi və Bakı bir-birinə həmişə kömək edir və mövcud təcrübədən yararlanır. 2014-cu ildə Azərbaycan nümayəndə heyəti Soçi Qran-Prisində iştirak edib təcrübə qazanırdı. Hazırda biz Bakının təcrübəsi ilə yaxından tanış oluruq. Bakı və Soçi bir-birinə rəqib deyil, sadəcə tərəfdaşdır. Rəqabətimiz ancaq şəhərlərimizin gözəlliyi baxımından ola bilər. Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub. Bu cür yarışın təşkil edilməsi üçün güclü iradə lazımdır. Bakı yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə dünyada daha da tanınmış şəhərə çevrilir”.
 
Növbəti mövsüm Soçi Qran-Prisinin sentyabrda təşkil olunması ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına müraciət etdiklərini nəzərə çatdıran Rusiya baş nazirinin müavini bildirib ki, gələn il Rusiya futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək: “Düşünürəm ki, mundial başa çatdıqdan sonra Formula-1 yarışının təşkili üçün sentyabr ayı əlverişli tarixdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar