Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Smit erməni lobbisinin pulları sayəsində seçilib”


“Hazırda ölkəmizə qarşı aşkar və qərəzli şəkildə kampaniyalar təşkil edilir”


“Görünür, Türkiyə ilə qardaşlığımız və yaxud da Rusiya ilə əməkdaşlığımızın davam etməsi bəzi qüvvələri qıcıqlandırır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov ABŞ-ın Helsinki Komissiyasının oktyabrın 18-də keçiriləcək Dağlıq Qarabağla bağlı dinləmələri şərh edərkən deyib:

“Helsinki Komissiyasının ABŞ senatında Qarabağ problemini müzakirə etməsi hələ qanun səsviyyəsində qəbul edilməyib. Yəni, bu o demək deyil ki, bu müzakirələrin nəticələri dərhal qanuniləşdiriləcək. Bu dinləmələrin təşəbbüskarı olan Kristofor Smit nəinki bizdə, hətta öz ölkəsində belə ermənipərəst xarakteri və yanaşması ilə tanınır. Qeyd edim ki, K.Smit məhz erməni lobbisinin pulları sayəsində seçilib və hələ də onların dəstəyi ilə fəaliyyət göstərir. O, bunu müəyyən hallarda heç gizləmir də. Hazırda ölkəmizə qarşı aşkar və qərəzli şəkildə kampaniyalar təşkil edilir. Görünür, müxtəlif dairələr Azərbaycanı hədəf alır və onun xarici və daxili siyasətindən narazı olan cəbhə yaranır. Ola bilsin ki, həmin qüvvələri Türkiyə ilə qardaşlığımız və yaxud da Rusiya ilə əməkdaşlığımızın davam etməsi qıcıqlandırır. Digər tərəfdən bizim müstəqil siyasi prioritetlərimiz və istiqamətlərimiz hər zaman bir qıcıq mənbəyi olub. Lakin bu o demək deyil ki, bu qüvvələrin dinləmələri, müzakirələri və yaxud tətbiq edə biləcəkləri sanksiyalar bizi istiqamətimizi dəyişməyə sövq edəcək. Əlbəttə, bu müzakirələrin nəticəsindən asılı olaraq ABŞ-la münasibətlərimiz gərginləşə bilər. Ancaq biz buna baxmayaraq, öz sözümüzü deməyə davam edəcəyik və istəklərimizi həyata keçirəcəyik. Bizim kiməsə, kimlərəsə söykənməyə ehtiyacımız yoxdur. Çünki biz son dərəcə müstəqilik və özümüz özümüzü təmin etməyi bacarırıq”.

Fikrət Sadıqov ABŞ-ın ikili standart siyasətinə də diqqət çəkib:

ABŞ Minsk qrupunun həmsədri olmasına baxmayaraq, uzun illərdir Konqres tərəfindən Dağlıq Qarabağa “humanitar yardım” adı altında maliyyə ayırmaqdadır. Ancaq bunu hamı bilir ki, humanitar yardım adı altında separatçılığa yardım göstərilir. Əlbəttə, bütün bu təşkilatçılıq Azərbaycanın ərazi bütövlüyünün pozulmasını kölgələmək, Azərbaycanın siyasətinə mane olmaq üçündür. Ancaq boş səylərdir. Bu səylər son məqamda heç bir nəticə verməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar