Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Smart Start” proqramına seçilən gənclər “Bakcell”də təcrübə keçəcəklər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar


"Bakcell"dən verilən məlumata görə, təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edəcəklər.
 
"Bakcell" şirkəti 2 ay ərzində təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün onlara müvafiq təqaüd ödəyəcək. Təcrübə proqramı başa çatdıqda isə bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təmin olunacaqlar.
 
Qeyd edək ki, bu il “Smart Start” proqramına maraq göstərən 1000-dən artıq gənc proqramda iştirak etmək üçün müraciət formasını təqdim edib. Onlardan 188 nəfər birinci seçim mərhələsindən keçərək şirkətin Kadrlar şöbəsi tərəfindən müsahibələrə dəvət olunub və bu mərhələni keçən 42 namizəd şirkətin Satış və Marketinq şöbələrində çalışan faktiki təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən müsahibələrdə iştirak ediblər. Təcrübə proqramında iştirak hüququnu isə yalnız 8 gənc qazana bilib.
 
Tələbə və məzunlar üçün nəzərdə tutulmuş bu proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
 
Qeyd edək ki, hazırda “Smart Start” təcrübə proqramının məzunlarından 12 nəfəri artıq "Bakcell" şirkətinin müxtəlif şöbələrində işlə təmin olunub, digər məzunlar isə şirkətdə yeni yaranan vakansiyalara potensial namizəddirlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar