Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Skype”da Sevgililər günü smaylları yaradıldı


Əgər Sevgililər günündə əzizləriniz və yaxınlarınıza onlara nə qədər dəyər verdiyinizi bildirmək üçün lazımi sözlər tapmaqda çətinlik çəkirsinizsə, o zaman köməyinizə “Skype” gəlir


İKT.lent.az-ın xəbərinə görə, “Microsoft” korporasiyası xüsusi olaraq sözügedən proqram təminatının istifadəçiləri üçün məhz Sevgililər gününə həsr olunmuş və məsafədən asılı olmayaraq, hisslərini paylaşmağa kömək edəcək yeni smaylları təqdim edib.
 
Bu il “Skype” məşhurluğu artan sənətçilər və bəstəkarlarla birgə çalışan “Rogue Octopus” müstəqil agentliyi ilə sevgidən ilhamlanaraq yeni smayllar yaratmaq üçün güclərini birləşdirib. Əsas məqsəd hədiyyə formasında açıla bilən smayllar yaratmaqdan ibarət olub. Hər bir smayl “Rogue Optucus” agentliyinin istedadlı musiqiçilərinin bəstələri müşayiətində iki personajın sevgi hekayəsinin müxtəlif mərhələlərini özündə əks etdirir. Smaylları nəzərdən keçirmək və göndərmək üçün paneldə qırmızı ürəkli işarəni seçə bilərsiniz.
 
Eyni zamanda “Skype” öz istifadəçilərinə yazışmaları daha orijinal və şən aparmaq üçün müqəddəs Valentin gününə həsr olunmuş yeni emotikon kolleksiyasını da istifadəyə verib.
 
“Skype” proqramının təklif etdiyi bütün imkanlardan həmişə faydalana bilmək üçün “Microsoft” korporasiyası "Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.
 
“Microsoft” ümid edir ki, dünyanın istənilən yerində Müqəddəs Valentin günündə “Skype” istifadəçiləri onlara əziz olan insanlarla yeni smaylları bölüşmək şansından zövq alacaqlar.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar