Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sizin bu addımınız bölgədə çirkin siyasətə ağır zərbə vurdu“


"İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil"


Bunu  İranın ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün səhər İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymaninin ona İraqSuriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edilməsinə dair ünvanladığı məktuba cavabında deyib.

Ayətullah Xamenei bu önəmli addımı atdıqlarına görə general Qasim Süleymaniyə təşəkkürünü bildirib: “Sizin bu addımınız bölgədə vətəndaş müharibəsinin yaradılmasına, sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönələn çirkin siyasətə daha ağır zərbə vurdu.  Sizin bu addımınız Qərbi Asiya bölgəsində  öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerika hökumətinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi”.

Ali lider məktubun davamında qeyd edir:  “Siz bu ölümcül xərçəng kütləsini dağıtmaqla  təkcə region ölkələri və İslam dünyasına deyil,  bütün xalqlara və bəşəriyyətə böyük xidmət göstərmisiniz. Bu ilahi yardımın və  “Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək)…” (ənfal surəsi, 17-ci ayə) ayəsinin misdaqıdır. Və bu  sizin və sizin silahdaşlarınızın gecə-gündüz etdiyiniz cihadın  mükafatıdır”.

“Təkidlə vurğulayıram ki, düşmənin hiyləsindən qəflətdə olmayın. Böyük investisiya yatıraraq bu çirkin planı hazırlayanlar sakit oturmayacaq. Onlar çalışacaq bu regionun digər bölgəsində başqa bir formada yenidən hərəkətə keçsinlər.  Təşəbbüsün qorunması, həssaslıq, birliyin qorunması, təhlükəli tullantıların məhvi, mədəni iş, bəsirət, qısası, hərtərəfli hazırlıq lazımdır”, – sonda Ayətullah Xamenei qeyd edib.

Qeyd edək ki,  İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani bu gün ali lider Ayətullah Xameneiyə məktub yazaraq İraqSuriyada İŞİD-in məhv edildiyini elan edib/APA. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar