Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siyasətə qayıtmağımla bağlı suala cavab vermək istəmirəm”


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov ölkədə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi vəziyyəti qiymətləndirib


E.Məmmədov "Ölkə.Az”-a açıqlamasında deyib ki, hazırda ölkədə siyasi vəziyyət qaynar deyil.

Son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artması məsələsinə də toxunan E.Məmmədov bunun ənənəvi hal olduğunu bildirib:

"Rusiyadan Azərbaycana qarşı təzyiqlər hər zaman olub və bundan sonra da olacaq. Nə qədər ki, qonşuluqda Rusiya var və Azərbaycan onun maraq dairəsinə daxildir, ölkəmizə qarşı hər zaman bu cür təzyiqlər davam edəcək. Rusiyanın "beşinci kalonu” isə hər zaman Azərbaycanda hərəkətdədir”. 

AMİP lideri qeyd edib ki, Azərbaycana qarşı təzyiqlər təkcə Rusiyadan deyil, digər dövlətlərdən də olur:

"Hansı dövlətlərin Azərbaycanda maraqları varsa, həmin dövlətlər tərəfindən təzyiqlər olunur. Azərbaycanda "beşinci kalonların” olmaması üçün daxildə monolitlik, güclü birlik olmalıdır. Azərbaycanın daxilindəki bütün qüvvələr bir-birini qəbul etməlidir. Bu olan təqdirdə heç bir "beşinci kalon” ölkədə çaxnaşma yarada bilməz. Əgər daxildə siyasi sabitlik olsa, daxili gərginlik olmasa, heç bir xarici dövlət Azərbaycanda öz komandasını işə sala bilməz. Şəxsən mən hər zaman Azərbaycan daxilində birliyin tərəfdarı olmuşam”. 

E.Məmmədov Azərbaycanda siyasətə qayıdıb-qayıtmaması ilə bağlı sualı isə belə cavablandırıb:

"İndi mənim siyasətə qayıdıb-qayıtmamağım barədə məsələni hər kəs müzakirə edə bilər. Ancaq mən bu barədə heç yerdə fikir bildirməmişəm. Siyasətə qayıtmağımla bağlı suala isə cavab vermək istəmirəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar