Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siyasətə müharibə kimi baxmaq savadsızlıqdır“



Ramin Hacılı: “Demokratik prinsipləri özümüzə çətir seçmişik, bu çətirin altında insanlıq meyarını qəbul edən bütün ideoloji daşıyıcıları ola bilər. Bu çağdaş yanaşmadır. Çox təəssüf ki, klassik ideologiyalarda ilişib qalmış insanlar bunu anlamaqda çətinlik çəkir”


PİA.AZ Ümid Partiyasının Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə sədr müavini, Avropa Azərbaycan Hərəkatının prezidenti Ramin Hacılının "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəni oxuculara təqdimç edir.

- Demokratik İslahatlar Partiyasından Ümid Partiyasına gəldiniz. Ümid Partiyasında sizi nə cəlb etdi ki, bir müddətlik müstəqil fəaliyyətdən sonra orda təmsil olunmaq qərarını verdiniz?

- Azərbaycan vətəndaşları və media quruluşları ilə münasibətlərdə, müzakirələrdə həmişə səmimi olmaq vacibdir. Çünki insanın gələcək planları, iddiası varsa, yalan danışmaq haqqı yoxdur. Buna görə də hər şeyi olduğu kimi deyəcəyəm. Demokratik İslahatlar Partiyasındakı yeddi illik fəaliyyətim zamanı çox böyük uğurlar qazandım. Buna səbəb partiyanın sədri Asim Mollazadə ilə aramızda olan yaxşı və doğma münasibətlər olub. Lakin sonradan ölkəmizdə baş verən proseslər onu göstərdi ki, həm ictimai, həm də siyasi fəaliyyətlə məşğul olmaq çətindir. Belə qərara gəldim ki, müstəqil fəaliyyət göstərim. Bu baxımdan Azərbaycan Avropa Hərəkatının prezidenti kimi ictimai fəaliyyətlə özümü ifadə etməyə çalışdım. Biz bunu Asim Mollazadə ilə müzakirə də etdik. O, qərarıma hörmətlə yanaşdı. Mən on ay müstəqil fəaliyyət göstərdim. Bu bir sınaq oldu və aydınlaşdırdım ki, Azərbaycandakı mövcud vəziyyətdə hər hansı siyasi institutsuz aktiv fəaliyyət göstərmək mümkünsüzdür. Hər bir mövqe nümayiş etdirən şəxs tək ictimai yox, həm də siyasi və digər mövzulara toxunmaq azadlığını özündə saxlamaq istəyir. Mən də öz bilik və bacarıqlarımdan çıxış edərək ölkəmin həyatında, həm iqtisadi, həm siyasi, həm mədəni, həm də ictimai mövzularda fikirlərimi açıqlamaqdan heç zaman çəkinməmişəm. Eyni zamanda gənc yaşlarımdan marağım və sonradan aldığım təhsil siyasi sahə üzrə olduğu üçün cəmiyyətimiz üçün bu sahədə daha çox faydalı ola biləcəyimi düşünürəm. 

Ona görə də hər hansı bir siyasi partiya seçmək – imkanlarımı başqaları ilə birləşdirmək qərarına gəldim. Həmişə Azərbaycanda yeniliklərə can atan, cəmiyyətdə barış mövqeyi nümayiş etdirib dəyişikliklərə islahatlar yolu ilə nail olmaq istəyən Ümid Partiyasını seçmək qərarını verdim. Partiyanın sədri, hörmətli İqbal Ağazadə ilə bu istiqamətdə müzakirələrimiz oldu. Nəticədə mən Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə müavini oldum.

- Partiyaya hansı yeniliklər gətirmisiniz və bundan sonra hansı addımlar atacaqsınız?

- Ümid Partiyasına gəldiyim dörd ay ərzində fəaliyyət istiqamətimizdə planlar hazırlamışıq. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, demokratik dəyərləri, vətəndaş cəmiyyətini, siyasi partiyaların inkişafını dəstəkləyən səfirliklərlə əlaqələri sıxlaşdırmaq və gücləndirməyi planlaşdırırıq. Bu istiqamətdə görüşlər planını tərtib etmişik. Ümid Partiyası ilə xarici ölkələrdə fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığı genişləndirməkdəyik.

- Konkret olaraq adlar deyə bilərsinizmi?

- Əsasən Qərb ölkələrindəki partiyalarla ikitərəfli əlaqələri gücləndiririk. Bu istiqamətdə ABŞ konqresmenləri və senatorları ilə danışıqlar gedir. Avropa Xalq Partiyası və digər Avropa dövlətlərində fəaliyyət göstərən partiyalarla ikitərəfli sazişlər imzalanması üçün işlər aparırıq. O cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası, CHP və MHP ilə əlaqələrimizin gücləndirilməsi və bundan sonrakı birgə fəaliyyətlərlə bağlı müzakirələrə başlamışıq. Çoxtərəfli və ikitərəfli əməkdaşlıqlar istiqamətində hazırladığımız təkliflər bu ilin sentyabr ayından reallaşamağa başlayıb.

-  Ümid Partiyası ideologiyasız bir siyasi qurumdur. Siz isə siyasi sistemlər və ideologiyalar nəzəriyyəsi üzrə mütəxəssis hesab olunursunuz. Ümid Partiyasına hansı ideoloji çalarlar qatmaq istəyirsiniz?

- Bəli, Ümid Partiyası klassik ideologiyalardan imtina edib. Bunu belə desək daha doğru olar. Bu tendensiya Qərbdə illər əvvəldən başlayıb. Hər kəs anlayır ki, istənilən qurumun özünə xas baxışı, ideyası, konsepsiyası olmalıdır. Və Qərbdə hər bir siyasi qurum bu əsasla özünə ideologiya seçirdi. İdeologiya insanları bir dəyərlər sistemi ətrafında toplamaq üçün labüddür. Lakin dünya muharibələri onu göstərdi ki, sırf ideoloji əsaslı yanaşma, digərlərini inkarla nəticələnir ki, bu da müharibələrə, düşmənçiliklərə səbəb olur. Ona görə sivil ölkələrdə də demək olar bütün partiyalar klassik ideologiyalardan imtina edirlər. Avropa partiyaları demokratik dəyərləri əsas alıb, klassik ideolojini iqtisadi, mədəni, sosial konsepsiya kimi qəbul etdilər. Siyasi olaraq əsas tezis – demokratik idarəçiliyin diktə etdiyi dəyərlər – dözümlülük, ədalətli seçkilər, hüququn aliliyi, müasir demokratiyanın gətirdiyi azlığı belə qorumaq məqsədi güdən vətəndaş cəmiyyəti anlayışı, söz azadlığı və s. bu kimi prinsiplər əsas alınmağa başlandı.

Buna bənzər bir misalı okeanın o tərəfindən də çəkmək istərdim, liberalizmin beşiyi sayılan ABŞ-da liberal dəyərləri müdafiə edən Demokrat Partiyası hakimiyyətdədir. Onların nümayəndəsi Prezident Barak Obamanın irəli sürdüyü tezislər daha çox sosial səpkidədir. Bu onu göstərir ki, demokratik seçimdə ABŞ-da vətəndaşların sosial istəklərini qabardıb və nəticədə partiyalar ideolojisində buna uyğunlaşmaya gedir.

Ümid Partiyası çalışır ki, Avropada uzun zaman kəsiyində keçilən yoldan hasil olan nəticəni, qazanılan dəyərləri, qısa bir zamanda Azərbaycana daşısın. İnanıram ki, bu istiqamətdə cəhdlər öz bəhrəsini verəcək. Bizim ideoloji olaraq qorumaq istədiyimiz ənənələr var. Bura demokratiya, dövlətçilik, insanlar arasındakı qarşılıqlı hörmət ənənələri daxildir. Biz müasir anlamda bütün dəyərləri, ideologiyaları bəşəriyyətin çatmış olduğu ən böyük dəyərlər əsasında tətbiq etməyin tərəfdarıyıq. Demokratik prinsipləri özümüzə çətir seçmişik, bu çətirin altında insanlıq meyarını qəbul edən bütün ideoloji daşıyıcıları ola bilər. Bu çağdaş yanaşmadır. Çox təəssüf ki, klassik ideologiyalarda ilişib qalmış insanlar bunu anlamaqda çətinlik çəkir. Ona görə də bu istiqamətdə maarifləndirici tədbirlər və seminarlar həyata keçirməyi planlaşdırırıq.

- Bəzən Ümid Partiyası sədrinin və sizin hakimiyyətlə isti münasibətlərinizin olması haqqında ittihamlar səsləndirilir. Bu haqda nə deyə bilərsiniz?

- Mən peşəkarlığın tərəfdarıyam və siyasətə bir elm kimi yanaşıram. Siyasət müharibə meydanı deyil. Siyasətə müharibə kimi baxmaq qeyri-peşəkarlıq və savadsızlıqdır. Hər bir partiyanın məqsədi hakimiyyətə gəlməkdir. Ancaq partiya mövcud hakimiyyətlə müharibə etməməlidir. Partiyalar insanların üzərinə qartal kimi şığıyıb onlardan qəhrəmanlıq tələb etməməli, digərlərini ittiham etməməlidir. Dünyada artıq “rəqibdən partniyora” prinsipi qabaqcıldı. Qərbin hər addımda, hər bəyanatda nümayiş etdirmək istədiyi dialoq tərəfdarı olmasıdır. Çox təəssüf ki, Avropa bayraqlarını başları üzərinə qaldıranlar ümumi prinsiplərdən hali deyil. Bu səbəbdən tez-tez klassik ideoloji ilə uğur qazanmaları üçün Qərbdən dəstək istəyib yox cavabı alırlar. Anlamaq vacibdir ki, siyasi partiyalar insanların qəlbini, dəstəyini almaq və vətəndaşların güvəni ilə hakimiyyəti formalaşdırıb vətənə xidmət etmək missiyasını daşımalıdır. Bunun üçün açılım, barış, hətta düşmənlə belə dialoqa hazır olacaq qədər sivil olmaq əsas şərtdir. Biz partiya olaraq bu xəttin tərəfdarıyıq. Partiyamızın sədri hər kəslə isti münasibətə can atır, müxalifətlə də, iqtidarla da. Bu prinsiplərin, bəşəri dəyərlərin, xoş görünün, dözümlülüyun göstəricisidir.

Çox təəssüf edirəm ki, Azərbaycanda bəzi müxalifət partiyaları və onun təbliğatının qurbanına çevrilmiş insanlar üçün siyasət xalq hərəkatı psixologiyasından kənara çıxa bilmir. 1988-92-ci illərin Xalq hərəkatı hakimiyyət uğurunda mübarizə siyasətindən daha çox bir xalqın azadlıq naminə ayağa qalxıb öz müstəqil dövlətində yaşamaq arzusu idi. 

- Dediyiniz peşəkar siyasət kontekstində 2015-ci il parlament seçkisində deputatlığa namizədliyinizi verməyi düşünürsünüzmü?

- Bəli, hazırda bələdiyyə seçkiləri ilə bağlı intensiv hazırlıqlarımız davam edir. İstəyimiz odur ki, partiya kimi bu seçkilərə qatılaq və uğur qazanaq. Bizim seçkidə partiya kimi iştirakımız özü belə Azərbaycan üçün böyük uğurdur. O mənada ki, ölkəmizdə seçki mühitinin yaşaması, vətəndaşların mövcud, seçkisiz dəyişim yoluna – terror təşkilatları kimi davranışlara deyil, sivil seçki yolu ilə özünü ifadənin mümükünlüyünə inamı həmin ölkənin sabitlik qarantıdır. Seçki kimi sivil ənənənin və vərdişlərin yaşaması, insanlara öz hüquqlarından istifadə haqqının verilməsi cəmiyyətdəki radikalizmi azaldan əsas amildir.

 Bütün bu qeyd etdiklərim bizim partiya kimi vətənimizə, dövlətimizə xidmətin formullasıdır. Nəinki Bələdiyyə, parlament, hətta bütün seçki və referendumlarda iştirak bizim üçün prinsip məsələsidir. İştrakçılıq demokratiyanın əsas qayələrindəndir. O cümlədən vətəndaşların haqqının verilməsi üçün mühitin yaradılması prosesi siyasi institutların, aydınların, vətəndaş cəmiyyətinin əsas hədəflərindən olmalıdır. Sabitlik və sivil cəmiyyət arzusunda olan dövlətimiz gərək vətəndaşların institutlaşmasına, dinc vasitələrlə dövlət quruculuğu prosesində maraqlı olsun.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar