Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sinay 2018” antiterror əməliyyatı davam edir


Misir ordusunun Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi “Sinay 2018” antiterror əməliyyatı davam edir


Azərtac Misir silahlı qüvvələrinin yaydığı bəyanata istinadən xəbər verir ki, ölkənin hərbi hava qüvvələri tərəfindən terrorçuların 8 obyektinə zərbə endirilib və onlar tam məhv edilib. Əməliyyat nəticəsində 3 ekstremist öldürülüb.

Bəyanatda qeyd olunur ki, Sinayın şimalında keçirilən əməliyyat zamanı daha dörd terrorçu məhv edilib, 45 partlayıcı qurğu zərərsizləşdirilib, terrorçuların gizləndiyi sığınacaqlar və silah-sursat bazaları ələ keçirilib. Bazalarda 7 ton narkotik maddə aşkar edilib.

Antiterror əməliyyatı zamanı, həmçinin terror törətməkdə şübhəli bilinən 408 nəfər saxlanılıb.

Qeyd edək ki, Prezident Əbdülfəttah əs-Sisinin tapşırığına uyğun olaraq Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzi hissəsində, həmçinin Nil çayının deltasında və qərbdəki səhralıq rayonlarda fevralın 9-dan etibarən irimiqyaslı “Sinay 2018” antiterror əməliyyatı keçirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar