Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Silah ticarəti artıq Azərbaycana böyük həcmdə valyuta gətirir” – Prezident


“Yeni bazarlara çıxış əldə etmək üçün xarici bazarlar geniş təhlil edilməli, ənənəvi bazarlarda isə mövqelərimiz möhkəmləndirilməlidir. Bunun üçün isə logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyətə malikdir”


PİA.AZ -ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

İ. Əliyev qablaşdırma sənayesinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan böyük müəssisələrdə istehsal edilən xammaldan geniş istifadənin vacibliyini diqqətə çatdırıb. O, neft və qazla yanaşı, qızıl, gümüş yataqlarımızın mövcudluğunu, Daşkəsən dəmir filizi yatağının işləməsinin gündəmdə duran məsələlərdən biri olduğunu vurğulayıb. Yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracını vurğulayan prezident silah ticarətinin artıq ölkəyə böyük həcmdə valyuta gətirdiyini qeyd edib, xarici mediada reklam kampaniyalarına başlanmasının zəruriliyini söyləyib.

Meyvə-tərəvəz məhsullarının, xalçaçılığın, heyvandarlığın, balıqçılığın, mineral suları sahəsinin inkişafından, şərab zavodlarının tam gücü ilə fəaliyyət göstərməsindən, yun tədarükü üçün fabrikin yaradılmasının vacibliyindən danışan prezident bildirib ki, emal müəssisələri, yeni konserv zavodları yaradılmalıdır.

Dövlət başçısı sonda bir daha sahibkarları bu imkanlardan səmərəli istifadə edib, ölkəmizə daha böyük fayda gətirməli olduqlarını diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar