Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir
PİA.AZ APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.
Xatırladaq ki, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib.
pia.az