“Şou-biznesdə çoxları məndən çəkinir. Təvazökarlığı kənara qoyub, açıq deyirəm. Həyatda səhvi olmayandan hamı çəkinib”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnur Məmmədov “5/5” verilişində deyib.
Sənətçi şou-biznesdə çoxlarının ondan çəkindiyini söyləyib:
“Sevmədiyim nəsə olanda üzə deyirəm, istəmədiyim hərəkəti etmirəm. Yalandan efir xatirinə gülmürəm. Ona görə də məndən çəkinirlər”.
Elnur artıq toylara az-az getdiyini bildirib. O, biznesi vasitəsilə qazandığını etiraf edib:
“Toyları azaltmışam. Hərənin öz işləri var. Aydın məsələdir ki, biznes olmasa olmaz”.
pia.az