Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şirvan oil”də müdhiş oğurluq


Hacı Qurbanın adı böyük maxinasiyalarda hallanır


PİA.AZ xəbər verir ki, “Şirvan oil” Neft Şirkətində oğurluq baş verməsi ilə bağlı Gunxeber-com-a məlumat daxil olub. 

Məlumata görə, neft şirkətinin nəqliyyat sexindən xeyli sayda boru yoxa çıxıb. Həmin boruları şirkət nəqliyyat sexinin abadlaşdırılması məqsədilə ayırıbmış. Bu olay işçilər arasında ciddi ajiotaj yaradıb, hər kəsi boruların aqibətinin necə olması maraqlandırıb. Sexin rəisi Nadir Kərimov isə mühafizənin rəisi Namiq müəllimə ciddi şəkildə tapşırıb ki, boruların hansı şəraitdə yoxa çıxmasını araşdırsın. Araşdırma zamanı məlum olub ki, nəqliyyat sexinin menecer müavini Elçin Maqsudlu boruları nəqliyyat istismar şöbəsinin rəisi Rafael Əliyevə satıb. O da öz növbəsində həmin borulardan həyətində düzəltdirdiyi istixanaların abadlaşdırılmasında istifadə edib. Amma buna görə nə Elçin Maqsudluya, nə də Rafael Əliyevə “gözü üstə qaşı var” deyən olub. Çünki E.Maqsudlu kürəyini “Qlobal”da, yəni baş idarədə təchizat üzrə menecer işləyən dayısı oğlu Elşad Məmmədhəsənova söykəyib.

Hələ bu azmış kimi “Şirvan oil”in balansında olan texnikalar bir qrup şəxs tərəfindən qəsdən sıradan çıxarılır. Məqsəd “Şirvan oil”un mədən işlərində “İlkin-N” firmasının balansında olan texnikalardan istifadə etməklə xeyli vəsait silməkdir. Guya “Şirvanoil”ə məxsus texnikalar işləmədiyi üçün “İlkin-N” firmasının texnikaları icarəyə götürülür. Sənədləşdirmədə icarə haqqı az yazılır, köçürmə az olur. Amma əlavə “şapka” alınır. Bu cür müxinasiyalardan bir qrup şəxs pul qazanır. Bu isə “İlkin-N” firmasının prezidentinin xalası oğlu olan və “Şirvan oil” nəqliyyat sexində böyük mühəndis işləyən Mansur İmamverdiyev vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, “İlkin-N” firmasın prezidenti məşhur iş adamı Hacı Qurban Abbasovdur.

Son vaxtlarda onun adı bir sıra qalmaqallarda hallanır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar