Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şirvan oil”da müdhiş oyunlar


Və yaxud şirkət rəhbərliyinə kimlər kələk gəlib?!


"Şirvan oil” Neft Şirkətinin  nəqliyyat sexində bu yaxınlarda yoxlama aparılanda işçilərin əksəriyyəti adıçəkilən şirkətdə haqq-ədalətin öz yerini tutacağını gözləyirdi. Lakin gözlənilənlər olmadı”. 

Bu sözləri Mia.az-a sözügedən şirkətin işçilərindən biri danışıb. Onun sözlərinə görə, yoxlama şirkətin nəqliyyat sexiı üçün ayrılmış xeyli miqdarda borunun oğurlanması ilə bağlı olub:

"Oğurluq hadisəsi ilə bağlı bir sıra saytlarda məlumat öz əksini tapdıqdan sonra Baş idarədən - "Qlobal”dan məsələni araşdırmağa göstəriş verildi. Amma gözləntilərin əksinə oldu. Yoxlama obyektiv şəkildə araşdırılmadı. Bəlli oldu ki, 50 metr boru əksikdi. (Əslində oğurlanan boru qat-qat daha çoxdur-red)  Bunu isə onunla izah etdilər ki, guya anbardan boru veriləndə qeyri-standart olub və bu səbəbdən də 50 metr boru çatışmır. Bu haqda ölkənin bəzi xəbər saytlarında yerləşdirilən materiallardan sonra "yuxarıya” da məsələni bu cür izah etdilər. Yəni yalan izahat verməklə, rəhbərliyi aldatdılar. Halbuki, məlumatda boruları nəqliyyat sexinin menecer müavini işləyən Elçin Maqsudlunun nəqliyyat istismar şöbəsinin rəisi Rafael Əliyevə satdığı, sonuncunun isə həmin boruları həyətində düzəltdirdiyi istixanaların abadlaşdırılmasına istifadə etdiyi qeyd olunurdu.

Amma bu nüans sonadək araşdırılmadı. Səbəbi isə Elçin Maqsudlunun Baş idarədə təchizat üzrə menecer işləyən dayısı oğlu Elşad Məmmədhəsənovun yoxlamanın obyektiv aparılmasına mane olması oldu. Elə bibisi oğluna güvənərək Elçin Maqsudlu da şirkətdə "atını köndələn çapır”. O, heç kimi saymır, işçilərlə sanki qul kimi davranır, onlara qarşı təhqirlərə yol verir, hüquqlarını tapdalayır. Ona qarşı çıxanları isə dayısı oğlu vasitəsilə işdən qovduracağı ilə hədələyir.

İş o həddə çatıb ki, E.Maqsudlu E.Məmmədhəsənova görə özünü şirkətdə prezident hesab edir. Çünki prezidentin səlahiyyətlərini mənimsəyərək heç bir əmr-filan olmadan mexanikləri 4 nəfərlik qrafikdən 3 nəfərlik qrafikə keçirib. Onları da məcbur edir ki, onun tərtib etdiyi qrafiklə işləsinlər. İşdən çıxarılmaq qorxusu ilə üzləşən mexaniklər bu səbəbdən səslərini çıxara bilmirlər. Çünki səslərini çıxaranlara qarşı anındaca tədbir görülür və cəzalandırılır. Formallıqlardan istifadə edərək şirkətin hüquqşünasının vasitəsi ilə işçilərə töhmət yazdıraraq, maaşlarını belə kəsdirir. Bir sözlə, o, işçiləri müxtəlif alçaldıcı vasitələrlə təzyiq altında saxlamağa çalışır”.

Məlumatda o da qeyd olunur ki, nəqliyyat sexində yeni ehtiyat hissələrinin əvəzinə köhnələrin alınıb qoyulması halları da var: "Bu məsələdə Maqsudlunun əsas yardımçısı isə  nəqliyyat sexində böyük mühəndis işləyən Mansur İmamverdiyevdir. Əgər obyektiv araşdırma aparılsa, onlar birgə xeyli maxinasiyalara imza atdığı  üzə çıxar”.

İddiaya görə, E.Maqsudlu şirkətin balansında olan texnikaların hansısa detalı və ya ehtiyat hissəsi sınanda onu sürücülərin hesabına aldıraraq təmir etdirir: 

"Şirkətdən isə təmir adı ilə vəsaiti alaraq mənimsəyir. Hətta bu məsələnin üstündə bu yaxınlarda menecer müavini ilə sürücü arasında baş verən qalmaqalı da işçilər yaxşı xatırlayır. Belə ki, Elvin Qasımov adlı bir sürücünün idarə etdiyi H 022  306 nömrə nişanlı texnika xarab olduğundan  E.Maqsudlu onu ehtiyat hissəni almağa məcbur edib. Buna görə aralarında söz-söhbət olub və məsələ əlbəyaxa döyüş  həddinə çatıb.  İşçilər araya girməsəymiş, bəlkə də hadisə xoşagəlməz sonluqla bitə bilərmiş. Amma E.Qasımovun etirazına baxmayaraq E.Maqsudlu və Mansur İmamverdiyev sürücünü ehtiyat hissəni almağa məcbur edirlər. Sürücü əlacsız qalıb 180 manata ehtiyat hissəni alır və texnikanı təmir etdirir. Bundan əlavə, "LPT” markalı zəncirli traktorun xarab olmuş mühərriki də da məhz bu cütlüyün təzyiqi ilə sürücülərə təmir etdirilib. Hələ bu azmış kimi təmir olunmuş mühərrikin bəzi detalları 18 T 073 nömrəli texnikanın mühərriklərinə yığılıb. Məsələyə etiraz edən "LPT” traktorunun sürücüləri isə cütlüyün güclü təzyiqləri ilə üzləşib. Əlacsız qalan sürücülər "yuxarıya” şikayət etməkdən vaz keçiblər. Hesab ediblər ki, Elşad Məmmədhəsənov heç kimə bibisi oğlunun "gözü üstə qaşı var” deməyə imkan verməz.

Bir sözlə, "Şirvan Oil” də baş verən maxinasiyalar təkcə bununla bitmir.

Yazıda adları çəkilənlərin hər birinin rəsmi mövqeyini də dinləməyə hazırıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar