Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şimali Koreya rəhbərliyi ABŞ-la anlaşarsa,...” - Politoloq yazır


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


ABŞ prezidenti D.Trampla Şimali Koreya lideri Kim Çenin Sinqapurda tarixi görüşü Uzaq Şərqdə sülhə və təhlükəsizliyə xidmət edir. ABŞ-ın bir müddət Şimali Koreya ilə apardığı "arxa qapı" diplomatik danışıqlar nəhayət ki, Pxenyanı rəsmi masaya gətirə bildi. Bu danışıqların uğurlu alınmasında, məhz dövlət katibi Mayk Pompeonun xüsusi xidməti danılmazdı. Dövlət katibi olmamışdan əvvəl, CİA şefi kimi bir neçə dəfə Pxenyana səfər edərək, bu ölkə rəsmləri ilə ciddi və real nəticələrə aparan danışıqlara imza atıb.

Qeyd edək ki, Vaşinqton Şimali Koreya probleminə son verməli, Çin ətrafında siyasi-iqtisadi və hərbi həlqə formalaşdırır. Danışıqlar fonunda Ağ Ev, Pxenyanı hər tərəfli dəstək verəcəyini, iqtisadi inkişaf üçün bütün zəruri addımları atacağını qeyd edib. Şimali Koreya rəhbərliyi ABŞ-la anlaşarsa, bu ölkə köhnə dünyadan, yeni dünyaya qədəm qoyacaq. 60 ilə yaxın beynəlxalq birlikdən kənar qalan, Çinin və Rusiyanın "arxa bağçası" olan Şimali Koreya nəhayət ki, nüvə silahı siyasətindən əl çəkib, mədəni dünyaya açılarsa, region üçün, həmçinin koreya xalqının həyatında mühüm tarixi hadisə olacaq.

ABŞ hakmiyyətinin Şimali Koreya ilə sıx danışıqlar aparmaqda məqsədi Çinə qarşı yeni ittifaq yaratmaqdı. Çünki, Çin Sarı dənizdə və iqtisadi müstəvidə ABŞ qarşı dirəniş göstərir və uzaq olmayan perspektivdə qarşıdurmaya gedəcəyi istisna deyil. Ona görədə Vaşinqton Rusiya və Çinin əsas müttəfiqi olan istənilən an ABŞ və onun müttəfiqlərinə qarşı nüvə silahı işlədə bilən Pxenyanı neytrallaşdırmaq əsas planıdır. Bu istiqamətdə aparılan danışıqların müsbətə doğru irəlləyəcəyi gözlənilir. Əgər, Kim Çen Pxenyandan Sinqapura gəlirsə, deməli razılaşmış məqamları rəsmləşdirməyə gəlib. Yekun sənədə imza atmaqla, Koreya yarmadasında 60 illik münaqişənin həllini sürətləndirəcək və böhrana son qoyacaq.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar