Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şimali Koreya ilə artıq Pentaqon məşğul olacaq” – Bu qarşıdurmada Çin və Rusiya necə davranacaq?

Qabil Hüseynli: “Çin və Rusiya ABŞ-la Şimali Koreyaya görə hərbi qarşıdurmaya getməzlər”


Nəsimi Məmmədli: “Son vaxtlar artıq açıq şəkildə ABŞ-ı hədəf alan, iki dəfə Yaponiya üzərindən Sakit Okiana uğurlu raket sınağı həyata keçirən Şimali Koreya hakimiyyəti öz təxribatlarını genişləndirir”.

Xəbər verdiyimiz kimi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bəyan edib ki, Şimali Koreya ilə bağlı BMT-nin bütün imkanları tükədilib. Heyli deyib ki, hazırda masada hərbi müdaxilə ilə bağlı bir neçə plan var: “Əgər Şimai Koreya belə davranışını davam etdirərsə, ABŞ həm özünü, həm də mütəffiqlərini müdafiə etməli olacaq. O zaman Şimali Koreya yıxılacaq. Biz bunu bilirik. Düzdür, biz savaş istəmirik. Ona görə Şimali Koreya diqqətlə düşünməlidir”. Həmçinin ABŞ rəsmisi bildirib ki, Tramp Adminstrasiyası Şimali Koreya ilə bağlı problemlərin həllini Pentaqonun səlahiyyətinə verir və artıq Şimali Koreya ilə general Mettis məşğul olacaq. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 5 avqustda ABŞ tərəfindən hazırlanan Şimali Koreya əleyhinə sanksiya layihəsini qəbul edib və bu qərardan sonra iki ölkə arasında münasibətlər daha da pisləşib. Son günlərdə ABŞ prezidenti Donald Tramp Şimali Koereyanı nüvə silahı ilə hədələyir. Şimali Koreya isə ABŞ-ın Quam adasında yerləşən hərbi bazasına 4 raket hücumu təşkil edəcəyini iddia edir.

ABŞ-ın Şimali Koreyaya qarşı hərbi əməliyyatlar başladacağı təqdirdə, Çin və Rusiya necə davranacaq və bu iki nüvə dövləti ABŞ-la Şimali Koreyaya görə hərbi qarşıdurmaya gedərlərmi? Ehtimal etmək olarmı ki, ABŞ RusiyaSuriyadan yayındırmaq məqsədi ilə Sakit okean hövzəsində gərginliyi artırır?    
  
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Qabil HüseynliNəsimi Məmmədliyə müraciət edib. 



Qabil Hüseynli: “Şimali Koreya bütün dünya üçün getdikcə daha ciddi təhlükəyə çevrilir”.


ABŞ rəhbərliyinin dünya üçün misli görünməmiş bir təhlükə olan Şimali Koreya presidentini aradan qaldırmaqda qərarlı olduğunu qeyd edən Qabil Hüseynli vurğulayıb ki, bu işdə Yaponiya və Koreya eləcə də onun digər müttəfiqləri də ABŞ-ın arxasındadır:

“Onu qeyd edim ki, Çin və Rusiya ABŞ-la Şimali Koreyaya görə hərbi qarşıdurmaya getməzlər. Çünki bu vaxta qədər baş verən əməliyyatlarda, yəni İraq, Küveyt əməliyyatları zamanı necə davranıblarsa, indi də o cür olacaq. Bildiyimiz kimi o əməliyyatlar BMT-nin qərarı olmadan həyata keçirildi. İndi isə BMT-də istənilən məsələnin keçirilməsi Rusiya və Çinin ciddi müqavimətinə rast gəlir. Halbuki, Şimali Koreya bütün dünya üçün getdikcə daha ciddi təhlükəyə çevrilib. Bu məsələdə ABŞ-la əməkdaşlıq etmək əvəzinə, əksinə Şimali Koreyanı ciddi yolla təhdid edirlər və Şimali Koreyanı Yaponiyaya, ABŞ-a, Cənubi Koreyaya qarşı yönləndirilər. 

Mən hesab edirəm ki, ABŞrəöhbərliyi dünya üçün misli görünməmiş bir təhlükə olan Şimali Koreya presidentini aradan qaldırmaqda qərarlıdır. Bu işdə Yaponiya və Koreya eləcə də onun digər müttəfiqləri də ABŞ-ın arxasındadır. Bu məsələ mütləq həll olunacaq. Rusiya və Çinin hər hansı bir addımı bu məsələyə mane ola bilməz. Onu da qeyd edim ki, Rusiya və Çin bu məsələdə hər hansı addım atmağa curət edə bilməzlər. Əgər curət etsələr belə bu addım onlar üçün xoşagəlməz nəticələrə gətirib çıxardacaq. 
ABŞ istəsəydi ki, Suriyadan Rusiyanı qovub çıxartsın, bu məsələdə elə də çətinlik çəkməzdi. Onsuz da bu məsələnin vaxtı var və həmin məsələ İran konteksində həll ediləcək. Mən hesab edirəm ki, bu gün ABŞ üçün ən birinci yerdə dayanan məsələ Şimalı Koreyadır və bu məsələni həll etməyi ABŞ qarşısına məqsəd qoyubdur. Suriyada öz iştirakını təmin edən Rusiya Şimali Koreyaya görə oradan çıxmayacaq. Suriyadan Rusiyanın çıxarılmasının başqa metodları var ki, bu metodlar vaxtı gələndə tətbiq ediləcək”.



Nəsimi Məmmədli: “Ola bilər ki, bu həm də ABŞ-ın Rusiyanı zəiflətmək planlarından biridir”.


Artıq tərəflərin qarşıdurma həddində olduğun qeyd edən Nəsimi Məmmədlinin fikrincə ABŞ və Şimali Koreya açıq savaşa girməyəcəklər:

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin Şimali Koreya ilə bağlı səsləndirdiyi sərt bəyanat bir anda dünya gündəmində ciddi rezonansa səbəb olub. BMT 11 ildir Şimali Koreyaya nüvə proqramını dayandırması ilə bağlı sanksiyalar tətbiq etsə də, ortada heç bir müsbət nəticə yoxdur. Əksinə Şimali Koreya uzaq mənzilli raketlərini daha da təkmilləşdirib və uğurla sınaqdan keçirməkdədir. BMT rəsmiləri açıq etiraf edir ki, artıq onların bütün diplomatik imkanları tükənib. Daha sərt addımları isə Çin və Rusiya BMT-də veto edərək tətbiqinə imkan vermir. Şimali Koreya Çin və Rusiyanın sayəsində sanksiyalara tab gətirə bilir və bu metod müsbət nəticə vermir.

Son vaxtlar artıq açıq şəkildə ABŞ-ı hədəf alan, iki dəfə Yaponiya üzərindən Sakit Okiana uğurlu raket sınağı həyata keçirən Şimali Koreya hakimiyyəti öz provakasiyalarını genişləndirir. ABŞ-Adminstrasiyası hələ bu ilin aprel ayında ciddi əks tədbirləri nəzərdən keçirmiş, Koreya yarmadasında irimiqyaslı hərbi-dəniz təlimləri keçirərək Şimali Koreyaya və müttəfiqlərinə güc göstərmişdi. ABŞ hərbi qüvvələrinin xüsusi bölmələrinin Koreya yarmadasında təlimə qatılması qarşı tərəfə sərt mesaj kimi qəbul edilmişdi. Çin hökuməti ABŞ-ın Şimali Koreyaya hücum ehtimalını nəzərə alaraq Şimali Koreya ilə sərhəddə gərginliyi önləmək üçün əraziyə 150 min quru qoşunu gətirmiş, Rusiya isə Şimali Koreya ilə arasındakı 17 km-lik sərhəd zolağına yüzlərlə ağır hərbi texnika və minlərlə canlı qüvvə yerləşdirmişdi. ABŞ-dan Şimali Koreyaya hücum olarsa, Vladivostok ərazisinə qaçqın axınını önləmək üçün görülən tədbirlər bu gün də davam edəcək.

Nəsimi Məmmədli: “Şimali Koreya Çin və Rusiyanın sayəsində sanksiyalara tab gətirə bilir və bu metod müsbət nəticə vermir”.


ABŞ-ın hərbi təlimlərinə cavab olaraq bu ilin iyul ayında Rusiya və Çin Baltik dənizində irimiqyaslı hərbi təlimlərlə cavab vermişdi. Röyter Xəbər Agentliyinin məlumatına görə artıq Rusiya və Çin hərbi-dəniz qüvvələri Şimali Koreya-Rusiya sərhəddi yaxınlığında iri hərbi təlimlərə başlayıb və ABŞ-a birgə güc göstərməkdədirlər.  

Hadisələrin gedişi heç də yaxşı sonluğa işarə deyil. Tərəflər geri çəkilmək istəmir və ziddiyyətlər daha da dərinləşir. Artıq tərəflər qarşıdurma həddindədirlər, lakin açıq savaşa girəcəklərini zənn etmirəm. İqtisadiyyatı zəifləməkdə olan Rusiya keçirdiyi hər bir təlimə on milyonlarla vəsait xərcləməli olur. Həm də digər geosiyasi maraqlarını qurban verməmək üçün rezervlərini də sürətlə istifadə etmək məcburiyyətində qalıb. Ola bilər ki bu həm də ABŞ-ın Rusiyanı zəiflətmək planlarından biridir”.

Bəs Sakit okean hövzəsində müharibə bqşlayacağı təqdirdə bu ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi dünyanın iqtisadi mərkəzlərinə necə təsir edə bilər və hırbi əməliyyatların  aşlaması dünyada yeni iqtisadi böhrana səbəb ola bilərmi? Bu sualla PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifova müraciət edib.


Fikrət Yusifov: “Müharibə baş verəcəyi tədqirdə tək sakit okean hövzəsində yerləşən ölkələr deyil, əksər digər ölkələr də bundan əziyyət çəkəcəklər. Bütövlükdə isə dünyanı yeni daha qlobal iqtisadi və maliyyə böhranı bürüyəcək”.


Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri isə qeyd edib ki, əgər münaqişə başlayarsa onun müvə müharibəsinə keçmək ehtimalı böyük ola biləcək. Bu isə bütövlükdə sakit okean hövzəsində yerləşən ölkələr üçün çox böyük fəsadlar yaradacaq:

“Amerika – Şimalı Koreya münasibətlərində son zamanlarda yaranmış gərginlik özünün pik nöqtəsinə yaxınlaşmaqdadır. Ən təhlükəli olan isə budur ki, partlayış vəziyyətinə qədər yetişmiş bu münaqişənin taleyi hər iki ölkənin çılğın rəhbərlərinin bir sözündən asılıdır. Təbi ki, hər hansı səhv bir addımın Şimalı Koreya rəhbəri Kim Çen In tərfindən atılması ehtimalı daha böyükdür.  Demokratiyadan əsər əlamət olmayan bu ölkə rəhbərliyinin yaranmış durumda atacağı addımın bəşəriyyət üçün ağır nəticələr verməsi mümkündür. O bunun fərqində deyil. Bunun belə olduğu hər kəs üçün həqiqətdir. Və bu həqiqət artıq illərlədir ki, ortadadır. Yeni olan isə budur ki, ABŞ kimi super bir dövlətin başına da öz qərarlarını heç də həmişə reallıqlara söykəməyən bir prezident gəlib və o öz sələflərindən fərqli olaraq Şimali Koreyanın çılğın davranışını həzm etmək fikrində deyil. 

On illər boyu Şimali Koreyanın “nazı” ilə oynayan superdövlətin birdən birə mövqeyini dəyişməsi isə Şimali Koreya rəhbəri tərəfindən həzm edilmir və o vəziyyətin dəyişdirilməsi üçün hədə - qorxunun bütün variantlarından istifadə edir. Ancaq bu zaman nəzərə alınmır ki, əgər bu gedişlər real olaraq müharibə ilə nəticələnsə, o halda Şimalı Koreya tamamilə süqut olacaqdır. Bir zamanlar İraq prezidenti Səddam HüseynABŞ-a barmaq silkələyirdi. Bu barmaq silkələmək nə ilə nəticələndi? İraqın 150 min nəfərdən ibarət say-seçmə ordusu bir neçə saatın ərzində ağ bayraq qaldıraraq təslim oldu. Təbi ki, burada vəziyyət bir qədər fərqlidir. Şimali Koreya atom silahına sahibdir. Lakin buna baxmayaraq ABŞ-ın hərbi qüdrəti münaqişəni bir neçə gün ərzində həll etməyə yetərlidir. Kim Çen In hələlik bunu başa düşmək istəmir. Demək olmaz ki o bunun belə olduğunu bilmir, sadəcə hələlik geriyə çəkilməyi məğlub olmaqdan pis variant sayır. Əgər müharibə başlayarsa onun heç geriyə çəkilmək şansı da qalmayacaqdır.

Fikrət Yusifov: “Bir zamanlar İraq prezidenti Səddam HüseynABŞ-a barmaq silkələyirdi. Bu barmaq silkələmək nə ilə nəticələndi?”.


Hələlik görünən budur ki, iki dövlətin rəhbərliyi arasında hədə-qorxu dolu dialoq mövcuddur. Artıq Şimali Koreya hərbi komandanlığı Quam istiqamətində “Xvason-12” ballastik raketləri atmağa dair planı ölkə başçısı Kim Çın Erə təqdim edib. Bu o deməkduir ki, belə bir addım hər an gözləniləndir. Quam Sakit okeanda Marian adalar qrupuna daxil olan, Havay adalarının 5 min kilometrliyində yerləşən ən böyük adadır. Bu ada hüquqi baxımdan muxtar statusa mlik olsa da Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunur və hal-hazırda orada ABŞ hərbi qüvvələrinin böyük bazası yerləşir.

Əgər münaqişə başlayarsa onun müvə müharibəsinə keçmək ehtimalı böyük ola biləcək. Bu isə bütövlükdə sakit okean hövzəsində yerləşən ölkələr üçün çox böyük fəsadlar yaradacaq. Belə bir fəlakətin miqyasını düzgün dəyərləndirən Rusiya və Çin rəhbərliyi hər vasitə ilə münaqişənin hərbi yolla deyil danışıqlar yolu ilə həll edilməsinə çalışırlar. Müharibə baş verəcəyi tədqirdə tək sakit okean hövzəsində yerləşən ölkələr deyil, əksər digər ölkələr də bundan əziyyət çəkəcəklər. Bütövlükdə isə dünyanı yeni daha qlobal iqtisadi və maliyyə böhranı bürüyəcəkdir. Bütün bu səbəblərdən münaqişənin danışıqlar yolu ilə həll olunmasının alternativi yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar