Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şimal-Cənub” layihəsi reallaşarsa, Ermənistanın bu layihədə iştirakı mümkündür?


Politoloq: “Ermənistanın “Şimal-Cənub” layihəsinə qoşulma perespektivi minumum dərəcədədir. Buna görə də Rusiya bu layihələri Azərbaycanla qurmağa üstünlük verir”


“Hazırda realaşan transmilli və geosiyasi layihələr Qarabağ probleminin tənzimlənməsində rol oynaya bilər”.

Bu sözləri politoloq İlqar Vəlizadə Şimal-Cənub layihəsi reallaşarsa, Rusiyaİranla yaxşı münasibətləri olan Ermənistanın bu layihədə iştirakının mümkünlüyünü PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi noyabrın 1-də Tehranda prezidenti İlham Əliyevin, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirildi. Görüşün sonunda Azərbaycan prezidenti İlham Əliyev, İran Prezidenti Həsən RuhaniRusiya Prezidenti Vladimir Putin zirvə görüşünün Birgə Bəyannaməsini imzaladılar. Sonra dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. İran Prezidenti Həsən Ruhani Tehranda üçtərəfli formatın ikinci zirvə görüşünün də dostluq və mehriban qonşuluqla bağlı olduğunu dedi, ölkələrimizin potensialının xalqlarımızın firavanlığına xidmət edəcəyinə əminliyini bildirdi. Həsən Ruhani onu da bildirdi ki, tərəflər Vladimir Putinin təklifi ilə növbəti sammitin Rusiyada keçirilməsi barədə razılığa gəliblər. 

Öz növbəsində prezident İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə keçən ilin avqustunda Bakıda keçirildiyini, bu formatın gözəl gələcəyinin olduğunu bildirdi. Həmçinin dövlət başçısı qeyd etdi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiyaİranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir. Keçən il əldə edilmiş razılaşmaların artıq həyatda öz əksini tapdığını deyən prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını diqqətə çatdırdı. 

Rusiya Prezidenti Vladimir Putin isə səmimi şəraitdə keçən üçtərəfli görüşün ölkələrimizə və xalqlarımıza fayda gətirəcəyinə əminliyini ifadə etdi. Sabitliyin qorunması, cinayətkarlıq və terrorizmə qarşı mübarizə sahələrində mühüm məsələlərin müzakirə olunduğunu deyən Vladimir Putin əsasən iqtisadi məsələlərin diqqət mərkəzində olduğunu bildirdi.

Bəs “Şimal-Cənub” layihəsi reallaşarsa, Rusiyaİranla yaxşı münasibətləri olan Ermənistanın bu layihədə iştirakı mümkün görünür? Həmçinin hazırda həyata keçirilən geosiyasi layihələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa təsiri ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.



İlqar Vəlizadə: “Azərbaycan bu cür layihələri həyata keçirməklə vəziyyəti Ermənistana göstərir və artıq Ermənistan cəmiyyəti də ölkənin hansı vəziyyətdə olduğunu başa düşür”.


Ermənistanın “Şimal-Cənub” layihəsində iştirak etməsi məsələsini boş sözlər kimi qiymətləndirən politoloq İlqar Vəlizadə PİA.AZ-a verdiyi açıqlamasında bildirib ki, bu tipli fikirləri daha çox erməni ekspertləri və politoloqları ortaya atırlar. Onların da əsas məqsədi odur ki, Rusiya bu mövzuda onlara diqqət yetirsin və Ermənistanın da bu geosiyasi əhəmiyyətə malik olan transmilli layihələrə qoşulmasını təmin etsin və bu yolla da Ermənistan Azərbaycanın tətbiq etdiyi blokadanı yarsın:

“Bütün hallarda mən Ermənistanın “Şimal-Cənub” layihəsində iştirak edə bilməsi imkanları haqqında düşünmürəm. Çünki Ermənistanda hanısa ölkələri birləşdirmək üçün rabitə industrasiyası yoxdur və bu rabitə industrasiyası da yaxın vaxtda yaradıla bilməz. Belə ki, “Şimal-Cənub” layihəsi təqribi hesablamalara görə ilkin mərhələsidə 12-15 milyon ton yük həcmini nəql etmək imkanına malik olan dəmir yoludur. Buna görə də burada əsas məsələ işlək infrastrukturun yaradılmasıdır. “Şimal-Cənub” layihəsi də Azərbaycan-İran-Rusiya üzərindən keçir. Hal-hazırda da bu layihənin İran hissəsində surətlənmə işləri aparılır. Ermənistan isə Rusiya ilə sərhəd ölkə deyil və eyni zamanda Ermənistan ərazisində Ermənistan-İran dəmiryolunun tikilməsinə təxmini 3 milyard yarım dollar həçmində vəsait lazımdır. Bu 3 milyard yarım dolları Ermənistan üçün kim tapacaq, yaxud da kim verəcək? Amma Azərbaycan İrana 500 milyon dollar həcmində kredit ayırmaq niyyətindədir ki, İranın ərazisində gedən işlər surətlənsin. 

Onu da qeyd edim ki, Ermənistan əgər bu krediti hardansa ala bilsə belə və tutaq ki, Ermənistan-İran dəmiryolu tikilsə, bəs sonra Ermənistanla Rusiyanı hansı yol birləşdirəcək? Bilirik ki, Gürcüstanın ərazisindən Rusiyaya bir yol gedir o da Abxaziya ərazisindən keçir. Gürcüstanla Rusiya arasında münasibətlər də o qədər gərgindir ki, yaxın illərdə bu dəmir yolunun işlənməsi prespektivi sual altındadır. Ona görə də Ermənistanın “Şimal-Cənub” layihəsində iştirak etməsi məsələsi boş sözlərdir. Bu fikirləri daha çox erməni ekspertləri ortaya atırlar. Onların da əsas məqsədi odur ki, Rusiya bu mövzuda onlara diqqət yetirsin və Ermənistanın da bu geosiyasi əhəmiyyətə malik olan transmilli layihələrə qoşulmasını təmin etsin və bu yolla da Ermənistan Azərbaycanın tətbiq etdiyi blokadanı yarsın. Amma Rusiya da başa düşür ki, Ermənistanın “Şimal-Cənub” layihəsinə qoşulma perespektivi minumum dərəcədədir. Buna görə də Rusiya bu layihələri Azərbaycanla qurmağa üstünlük verir. 

İlqar Vəlizadə: “Ermənistanın büdcəsi ilə xarici borcu eyni dərəcədədir. Bu göstərici də Dağlıq Qarabağ probleminin olmasının nəticəsidir”.


Bildiyimiz kimi iyirmi il ərzində regionda nəqliyyat, digər iqtisadi infrakstruktur yaranıb. Bu infrakstruktur həmin regionda olan ölkələr üçün bir mənfəət verir. Məsələn təkcə Azərbaycan keçən illərdə öz nəqliyyat dəhlizindən istifadə edərkən, təxminən 400 milyon dollar vəsait qazanıb. Eyni zamanda Gürcüstan da təxmini bu qədər mənfəət əldə edib. 2020-ci ildə Azərbaycan planlaşdırır ki, təkcə Qərb-Şərq infraksturundan istifadə etməklə 1 milyard dollar qazanacaq. Amma Ermənistana baxsaq görərik ki, bu ölkəyə heç bir mənfəət gəlməyəcək. Yəni Ermənistanda infrakstur işləmir və lkə bu proseslərdən tədric olunub. 

Amma Ermənistan kreditlər hesabına və digər ölkələrdən kreditlər alıb borca girmək yolu ilə Dağlıq Qarabağ problemini saxlayır. Əlbəttə, bu bir növ iqtisadi, sosial təzyiqdir. Onu da qeyd edim ki, Ermənistanın xarici borcu 7 milyard dollar təşkil edir və ölkənin ümumi gəliri də 7 milyard dır. Yəni Ermənistanın büdcəsi ilə xarici borcu eyni dərəcədədir. Bu göstərici də Dağlıq Qarabağ probleminin olmasının nəticəsidir. Ermənistan da bunu başa düşür, amma onlar özlərini o vəziyyətə salıblar ki, tək başına bu vəziyyətdən çıxmaq iqtidarında deyillər. Çünki çox böyük risklər var. Buna görə də Azərbaycan bu cür layihələri həyata keçirməklə vəziyyəti Ermənistana göstərir və artıq ermənistan cəmiyyəti də ölkənin hansı vəziyyətdə olduğunu başa düşür. 

Bu nöqteyi nəzərdən reallaşan layihələrin Qarabağ probleminin tənzimlənməsində rol oynaya bilər. Lakin Ermənistanda bütün resurslar, yəni siyasi, hərbi resurslar cəmiyyətə yox hakim dairələrdə toplaşıb. Bu hakim dairələr də xarici qüvvələrlə bağlıdır, buna görə də orada vəziyyət dəyişmir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar