Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şəxsi problemləri var idi, o səbəbdən intihar edib”


Bakıda daha bir intihar hadisəsi baş verib


Lent.az-ın əldə etdiyi məlumata görə, Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şosesi, 32 ünvanında Veloparkın ərazisində şam ağacından özünü asaraq intihar edib.

Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib.

Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilirdi.

“Jek”rəisi Ş.Cavadovun həm keçmiş, həm də sonuncu iş yerində intiharın şəxsi problemlər səbəbindən baş verdiyini bildirirlər.

144 saylı MİS-dən virtualaz.org-a verilən məlumata görə, işdə hər hansı probleminin olduğunu hiss etdirməyib:

“Bizim rəisimiz olub, bizə qarşı pis adam olmayıb. 3-4 ay idi işini dəyişmişdilər, 3 saylı MİS-ə rəis təyin olunmuşdu. Nəsə şəxsi problemləri var idi, nədən ibarət olduğunu biz bilmirik”.

Ş.Cavadovun sonuncu iş yeri olan 3 saylı MİS-dən də onun işdə heç bir problem olmadığını bildirdilər.

“İşdə heç bir problem yox idi, çox mehriban, sadə, başıaşağı adam idi. Ailəsi, uşaqları var, amma problemlərinin olmasından xəbərimiz olmayıb. Deyirlər, çoxlu borcu olub, biz də eşidəndə çox pis olduq”, - deyə MİS-dən bildirdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar