Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərurlu İsfəndiyar sinif yoldaşım olub” – MTN işi


Günün ikinci yarısında Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib


Teleqraf.com xəbər verir ki, prosesdə zərərçəkmiş şəxslərdən “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyevə qarşı edilən qanunsuzluqlarla bağlı şahid qismində Vilayət Tağıyev ifadə verib. 

Vilayət Tağıyev bildirib ki, 2009-cu ilin mart ayından Fövqəladə Hallar Nazirliyi Tikintiyə Nəzarət Agentliyi Dövlət Baş Ekspertiza idarəsi smeta şöbəsinin müdiri vəzifəsində işləyir: “İsfəndiyar Axundov (“Şərur inşaat” tikinti şirkətinin rəhbəri, Şərurlu İsfəndiyar kimi tanınan şəxs nəzərdə tutulur –H. Z.) sinif yoldaşım olub. Hər ikimiz Şərur rayonunun Siyaqut kənd orta məktəbində eyni sinifdə oxumuşuq”.

Şahidin sözlərinə görə, təxminən 2007-ci ildə İsfəndiyar Axundov Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yüksək mərtəbəli binaları inşa edib: “Həmin vaxtlar İsfəndiyar Axundov məndən bir yoldaş kimi arada bir neçə dəfə Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli binaların inşasının keyfiyyətinə, yəni işin yerinə yetirilməsinin keyfiyyətinə nəzər salmasını xahiş etdi. Həmin vaxt İsfəndiyarın rəhbəri olduğu MTK-nın adını xatırlamamışam. İsfəndiyar Axundovun xahişi ilə bir yoldaş kimi həmin binaların inşasının keyfiyyətinə baxmaq üçün 3-4 dəfə həmin ərazidə olmuşam. 

Orada olarkən Azər adlı şəxsi görmüşəm. Həmin tikintidə işləyənlər həmin şəxsə Azər deyə müraciət ediblər. Onunla hər hansı münasibətlərim olmayıb. Orada olduğum 3-4 dəfə ərzində fəhlələrin mal-material lazım olduqda Azər adlı şəxsə müraciət etdiklərini müşahidə etmişəm. Lakin sonuncunun vəzifəsinin konkret nədən ibarət olduğunu, tikintiyə hansı dərəcədə aidiyyətinin olmasını bilməmişəm”. 

Şahid daha sonra qeyd edib ki, ləğv edilmiş MTN-nin Maddi-texniki Təminat idarəsi və həmin idarənin rəisi işləmiş Nizaməddin Həmidovla hər hansı bir tanışlığının, MTN-nin Maddi texniki təminat idarəsi ilə heç bir əlaqəsi olmayıb. 

Onun sözlərinə görə, “Şaiq” MTK və “Orxan” MMC-nin ləğv edilmiş MTN-nə hər hansı aidiyyətinin olması barədə heç bir məlumatı olmayıb. 

Proses martın 29-da davam edəcək.
 
***
 
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin holter apartı vasitəsi ilə müayinə edilməsini istəyib. 

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məhkəmənin səlahiyyətinə aid məsələ deyil. 

Daha sonra zərərçəkmiş, “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə MTN-nin əməkdaşı olmuş Əziz Əzizov şahid qismində ifadə verib. 

O, Səlim Məmmədovun göstərişi ilə bir dəfə “Azərtikinti ATF” şirkətində olduğunu deyib.  

Məlumat üçün bildirək ki, Azər Quliyev vəfat edib, onu məhkəmədə hüquqi varisi təmsil edir. 

Proses günün ikinci yarısında davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar