Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar


“Şapka Mamed”in örtülü bazarı - Beynəlxalq Bankla bağlı hesabatların gizlədilməsinin ilginc təfərrüatları


Əkrəm Həsənov: “ABB-nin kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir”.

“Aqrarkredit”in İdarə Heyətinin rəhbəri Məmməd Musayev Azərbaycan Beynəlxalq Bankında (ABB) aparılan işlərlə bağlı hesabat verməyə tələsmir. Halbuki ABB bu il özəlləşdirilməyə çıxarılmalıdır. 3 il əvvəl Azərbaycan Beynəlxalq Bankının toksik kreditləri  “Aqrarkredit” QSC-yə təhvil verilmişdi.

Məsələ burasındadır ki, 2015-ci il iyulun 15-də prezident İlham Əliyevin Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı fərmanında deyilirdi ki, bank özəlləşdirilməyə çıxarılmazdan əvvəl sağlamlaşdırılmalıdır. Bu iş isə “Aqrarkredit” QSC - bank olmayan kredit təşkilatına həvalə olunmuşdu. Nəticədə bankın problemli kreditlərinin təmizlənməsi üçün 10 milyard manat ayrılmışdı. Həmin vaxt deyilirdi ki, problemli kreditlərdən təmizlənmiş bank özəlləşdirilməyə çıxarılacaq. Dövlət başçısının fərmanında vurğulanırdı ki,  son illər bankın idarə edilməsi və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin azalmasına səbəb olub, bu da bankın dövlət payının özəlləşdirilməyə çıxarılmasına səbəb olub. Həmin vaxt Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindən uzaqlaşdırılanda elan olundu ki, bankın 4 milyard problemli krediti var. Artıq 3 il keçib, Cahangir Hacıyev 15 illik həbsə məhkum olunub. Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərləri bankı müflisləşmə bataqlığından çıxarmaq əvəzinə problemli kreditlər 10 milyarda qədər artırıblar. Həmin vaxt vəziyyətdən çıxış yolu kimi bankın 10 milyard manata yaxın problemli kreditini alıb “Aqrarkredit” təşkilatına ötürülməsi yolu seçildi. Faktiki dövlət banka əlavə 10 milyard vəsait verdi. Məmməd Musayevi tanıyanlar hələ o dövrdə onun bankın problemli kreditlərini təmizləmək iqtidarında olmadığını deyirdilər. Bildirirdilər ki, “Aqrarkredit” SSRİ-dən qalma üsullarla idarə olunan geridə qalmış bir qurumdur.

Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin “Aqrarkredit”ə verilməsinin zərərli olduğunu bəyan etmişdi.  Demişdi ki, “Aqrarkredit” rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır: “Beləsi problemli kreditləri necə qaytaracaq? Reallıqda bu gün Məmməd Musayevə fövqəladə səlahiyyətlər verilib. Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın. Qaytarırmı? Məlumat yoxdur! ”Şapka Mamed" ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib? Reallıqda isə Azərbaycan Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir. Ortada olan yalnız budur".

Keçmiş maliyyə naziri Saleh Məmmədov da ötən ilin mayında beynəlxalq mediada Azərbaycan Beynəlxalq Bankı ilə əlaqəli yazılara müəllif yazısı isə cavab vermişdi. Sabiq nazir Beynəlxalq Bankın Azərbaycan dövlətinə  məxsus bank olduğunu vurğulamaqla bankla əlaqəli proseslərin şəffaf aparılmasına çağırış etmişdi.

Sitat: “Bu məsələləri Azərbaycan rəsmiləri tam açıqlamalıdırlar, mətbuat vasitəsilə, əmanətçilərini, səhmdarlarını, həmçimnin beynəlxalq maliyyə kredit təşkilatlarını tam bilgiləndirməlidirlər. Bu panikanın və uyğun olaraq nəticələrinin aradan qaldırılması üçün mənə elə gəlir ki, gecikdirmədən ciddi tədbirlər görülməlidir:

Dövlətin və ya hökumətin bəyanatla çıxışı və situasiyaya tam aydınlıq gətirilməsi, mediada gedən sədaların əsassız olmasını və Azərbaycan dövlətinin real imkanlarının açıqlanması.

Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, ABB-nin, MBNP-nın ayrı-ayrılıqda mətbuatda çıxışı, ilk dərc edən media qruplarına məsələ üzrə izahat göndərilməsi və izahatın dərc olunmasına nail olunması, saytlarda geniş informasiya yerləşdirilməsi.

Bankın sağlamlaşdırılması üzrə tədbirlərin Beynəlxalq Valyutafondu ilə razılaşdırılması və tədbirlər planının geniş müzakirəsinin təşkil olunması.

Bütün səhmdarlara, müştərilərə, əmanətçilərə vəziyyət barədə sakitləşdirici məlumat verilməlidi, onlarla ciddi izahat işi aparılmamlıdır.

Bu tədbirlər zənn edirəm, gözlənilən maliyyə çaxnaşmasından bankı və ümumiyyətlə, ölkənin iqtisadiyyatını xilas edə bilər".(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar