Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin təyinatı dəyişdirilir


Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, 1988-ci ildən sular qoynunda fasiləsiz neft və neft məhsulları daşıyan gəmi əsaslı təmir və yenidənqurmadan sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək.

Gəminin təmiri xüsusi layihə əsasında həyata keçirilir. Layihəyə əsasən, “Şamaxı”da yeni təyinatlı sistemlər quraşdırılacaq, saatda 7 kubmetr məhsuldarlığa malik iki buxar qazanı qoyulacaq ki, bu da tələbatı tam ödəyə biləcək. Onun gövdə və sualtı hissələri də təmir olunacaq. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlərin yekununda “Şamaxı”nın rənglənməsi də nəzərdə tutulur.

Stansiya hərəkətsiz qalmayacaq, zərurət yarananda başqa limanlarda gəmilərə operativ xidmət göstərmək üçün üzə biləcək. Yəni, baş mühərrikləri işlək vəziyyətə gətiriləcək. Bu məqsədlə hazırda təmirlə paralel, sənədləşdirmə işləri də aparılır. Təmizləyici stansiyanın cari ilin iyulunda istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əvvəllər də təmizləyici stansiyası olub. Həmin gəmi istismar müddətini başa vurduğundan yenisinə ehtiyac yaranıb. Köhnə təmizləyici stansiyanın da üstündən birdəfəlik xətt çəkilməyəcək. Belə ki, onun gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar