Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sevil Massivi“ndə aldadılan vətəndaşlar aksiya keçirib




Xəbər verdiyimiz kimi, "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinin aldatdığı vətəndaşlar dünən Prezident Administrasiyası (PA) qarşısında aksiya keçiriblər


Onlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də aldadıldıqlarını bildiriblər.

Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti mülk sahiblərinin pullarının notarial qaydada qaytarılması üçün komissiya yaradıb. Aldadılan payçılar isə komissiyanın işindən narazı qaldıqlarını, süründürməçiliklə üzləşdiklərini bildirirlər.

Prezident Administrasiyasının hüquqşünası Əli Zeynalov payçıların nümayəndəsi kimi 3 nəfər zərərçəkmişi qəbul edib. Zərərçəkənlər qəbula daha çox adamın getməsini tələb etsələr də, bu tələb yerinə yetirilməyib.

Ə.Zeynalov zərərçəkmişlərin problemini dinləyərək bildirib ki, onlar bazar ertəsi-24 noyabr saat 10:00-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qarşısında olsunlar. O, burada payçıların idarənin rəisi Kamran Əliyev tərəfindən qəbul olunacağını vəd edib.

Payçılar da sözügedən idarənin qarşısına daha çox zərərçəkənin gəlməsini tələb ediblər. Onlar hesab edirlər ki, idarənin qarşısında payçılar çox olarsa, şikayətlərini ciddiyə alarlar, qəbul edib problemlərinin həllinə çalışarlar. (bizimyol.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar