Dəniz Seki sənət həyatının 20 ilini ötən gecə baş tutan böyük konsert proqramı ilə qeyd edib
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, hazırlıqlarına aylar əvvəl başladığı konsertində sənətçi səhnəyə yellənçəklə enib.
Çıxışdan əvvəl media nümayəndələrinin suallarını cavablandıran Seki mədə əməliyyatı etdirəcəyi haqda danışıb:
"İdman və pəhrizlə artıq çəkilərimdən xilas olacağım üçün əməliyyat etdirməyəcəm. heç həkimlər də əməliyyata razılıq vermədilər".
Müğənni keçmiş sevgilisi Farukla bağlı bunları deyib:
"Faruk bəy mənim üçün çox dəyərlidir. Mən də onun üçün önəmliyəm. Ayrıla bilərik. Amma zamanın nə göstərəcəyini bilmək olmaz. Sevginin qarşısına kimsə keçə bilməz".
pia.az