"İnsanı yerdən-yerə vuran, incidən sevgidir. Kədər yaşamışam. Aşiq olmaq səni səndən alır. Sevginin ağlı, məntiqi, riyaziyyatı olmur. Ağıl ora girmir. Nəhayət, bunu anlamışam"
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "ATV Maqazin onlarla" verilişində deyib.
Müğənni sevgidən danışıb, etiraflar edib:
"Eşq hisslərini yaşamışam, amma ayrılıq yaşamamışam. Ondan qorxuram. Sevdiyim insanları itirməkdən qorxuram. Hamımızın həyatından kimsə gedir. Bi zdə kimlərinsə həyatından gedirik. O anda hansı halda olacağıq bilmirik. Allahdan arzum odur ki, mən də həmin an güclü olum, dayana bilim. Bəlkə də dostların səni bir gün yaddan çıxaracaqlar. Buna alışmaq lazımdır".
pia.az