Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərvət“ şadlıq sarayının direktoru iddialara cavab verdi


Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayının icraçı direktoru Əfqan Məmmədov sosialxeber.org saytında adı çəkilən şadlıq evi ilə bağlı yazılanlara cavab verib


Onun redaksiyamıza yolladığı məktubu təqdim edirik.

Bu ilin yanvarın 18-də sosialxeber.org saytında Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayı haqqında əxlaq və milli mentalitetimizə yad olan yazı yayımlanıb.

Əvvəlcə dəyərli oxucumuza çatdırırıq ki, “Sərvət” şadlıq sarayı 2007-ci ildən Şirvan şəhərində əhaliyə xidmət göstərməkdədir. Şadlıq sarayında Şirvan sakinləri ilə yanaşı, ətraf rayonların əhalisi toy və digər şənliklər keçirir. Fəaliyyət göstərdiyimiz 8 il ərzində şadlıq sarayımızın heç bir müştərisi bizə xidmət və yeməklərin keyfiyyətsiz bişməsi və cavabdeh olduğumuz məsələlərlə baöğlı heç nəyə etiraz etməyiblər. Bizim şadlıq sarayında məclis təşkil edən şəxslər yalnız icarə haqqını və öz istəyi ilə digər xidmətlərin pulunu ödəyir. Buraya daxil olan ərzaqları müştəri özü gətirsə də, hər bir ərzaq ayrı-ayrılıqda yoxlanılır. Gətirilən ət bişirilməzdən əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı tərəfindən verilən arayışdan sonra aşpazların ixtiyarına verilir.

İndi isə sosialxeber.org saytına da bizim əleyhimizə yazılan yazı və həmin saytın təsisçisi Azad İskəndərli barədə bir-iki məlumatı sizinlə bölüşmək istəyirəm.

Sayt bizi ölkədə baş verən siyasi-ictimai hadisələrdə iştirak etməməkdə ittiham edir. Amma 2010-cu ildə Kür çayı daşqınları zamanı Şirvan və Sabirabadda təbii fəlakətdən əziyyət çəkən şəxsləri “Sərvət” şadlıq sarayında təmənnasız yerləşdirdik və restoranımız üç ay əhaliyə xidmət göstərdi. Biz bütün bunları heç kimə xoşuna gəlmək və reklam üçün etmədik. Sadəcə öz evindən təbii fəlakətə görə məhrum olan və köməyə ehtiyac olan vətəndaşlarımıza yardım məqsədilə etdik. Bu bizim gördüyümüz işlərdən biridir.

Həmin internet resursunda işçilərimizlə əmək müqaviləsi bağlamadan işlətdiyimizi bildirilir. Amma əksinə olaraq şadlıq sarayında çalışan 26 nəfərlə bir illik əmək müqaviləsi bağlanıb.

Azad İskəndərli “Sərvət” şadlıq sarayının rəhbərliyinin guya kriminal avtoritetlərlə əlaqəsi olduğunu və həmin şəxslərin himayəsi altında fəaliyyət göstərdiklərini bildirib. Azad İskəndərlinin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sahibkarlığa kömək üçün imzaladığı fərman və sərəncamlar o qədər əhatəli və genişdir ki, bu gün ölkədə hər hansı sahibkarın heç kimin himayəsi altında işləməyinə ehtiyac yoxdur. Azad İskəndərlinin diqqətinə çatdırırıq ki, rəhbərliyinin kriminal aləmlə heç bir əlaqəsi yoxdur. Azad İskəndərli özü 2000-ci illərə qədər Şirvan Şəhər Polis Şöbəsində çavuş kimi işləyib. İşlədiyi müddətdə əməliyyatçılar tərəfindən tutulan oğru dəstəyə Azad İskəndərlinin müəyyən qədər kömək etdiyi məlum olub və nəticədə o, polis orqanlarında işdən azad olunub. 2007-ci ilin fevralında isə Şirvan şəhərində yerləşən Şirvan Yüksək gərginlikli idarənin müdiri Əlirza müəllimdən pul tələb edib və pulu verməyəcəyi təqdirdə onun haqda özünü təsisçisi olduğu saytda silsilə məqalələr verəcəyini bildirib. Bundan sonra ASC-nin əməkdaşı Baş ProkurorluqMilli Təhlükəsizlik Nazirliyinə məsələ ilə bağlı məlumat verib. Keçirilən əməliyyat nəticəsində Azad İskəndərli Şirvan şəhərində yerləşən restoranların birində cinayət başında tutulub və onun barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası seçili.

Azad İskəndərli Facebook sosial şəbəkədəki səhifəsinin birində yazır ki, o, Moskva sosial hüquq institutunu (Əslində Moskvada belə institut yoxdur) bitirib, o biri səhifədə yazır ki, o, aşağıda adı göstərilən institutu bitirib: (Moskovskiy Qosudarstvennıy universitet imeni Lomonosovo). Amma əslində onun ali təhsili yoxdur. O, polis orqanlarında işlədiyi vaxt Moskvada olmayan Moskva sosial hüquq institutuna saxta diplomunu alıb. Polisdə isə onun şəxsi işində hansı ali məktəbi bitirməsi haqında sənəd yoxdur. Ali məktəbi bitirsəydi heç olmasa zabit olardı.

Bizim əleyhimizə təqdim edilən yazıda guya şadlıq sarayının zibillərinin ətraf əraziyə töküldüyü bildirilir. Amma nəzərinizə çatdırıram ki, Mənzil İstismar Sahəsi ilə bağladığımız müqavilə əsasında şadlıq evinin zibilləri gündəlik olaraq xüsusi maşınlara yığılaraq zibil poliqonlarına aparılır.

Bizə qarşı yazılan yazıda “Sərvət” Şadlıq sarayının keçmiş işçisinin video müsahibəsi təqdim olunub. Həmin müsahibəni verən Ramazan adlı şəxs “Sərvət” Şadlıq sarayında aşpaz işləyirdi. Lakin həmin şəxs xəstəliyi ilə bağlı dəfələrlə işə gəlmədiyinə və işlədiyi işin qarşısında yüksək əmək haqqı tələb etdiyinə və əmək müqaviləsinin şərtlərini pozduğuna görə işdən azad olunub. Xatırladaq ki, Ramazan Azad İskəndərli ilə qudadır.

Azad İskəndərli indi hamıya Azərbaycan dövlətinə və dövlətçiliyin yanında olduğunu və həmişə Azərbaycan hakimiyyətinə sadiq olduğunu bildirib. Amma A.İskəndərli 2007-ci illərdə olan fəaliyyətini yaddan çıxarıb. Həmin vaxtlarda qatı müxalifətçi olan və Azərbaycan hakimiyyəti haqqında heç bir fakta söykənməyən qərəzli yazılarını müxalifət qəzetlərində çap edib.

Azad İskəndərli dövlət və özəl qurumlara gedərək onların hüquqlarını müdafiə edəcəyini və bunun müqabilində onlarda aylıq pul tələb edir. Əks təqdirdə həmin idarə və şirkət haqqında heç bir fakta söykənməyən tutarlı yazılar yazır.

Azad İskəndərli Sabirabad Rayon Səhiyyə İdarəsi barədə 2 dəfə ardıcıl və təhqir dolu sosialxeber.org saytında yazılar yazıb. Daha sonra isə, fikirləri tamamilə dəyişir və Sabirabad Səhiyyəsi haqda tərif dolu yazılar yazıb. Axırıncı yazıdan aydın olur ki, Azad bəy...

Sonda bildirmək istəyirəm ki, Azad İskəndərli və onun kimi şantaj və qorxutma yolu ilə bizdən heç kim pul tələb edə bilməz. Çünki Azərbaycan hüquqi dövlətdir və hər kəsin hüquqları qanun çərçivəsində tənzimlənir. Biz sahibkarlıq fəaliyyətimizdə cənab prezidentimizə güvənirik.

Biz bu məktub vasitəsi ilə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa , Daxili İşlər Nazirliyinə demək istəyirik ki, Azad İskəndərli sosialxeber.org saytında bizim şərəf və ləyaqətimizi aşağılayıb və bizdən şantaj yolu ilə pul tələb edir. Biz inanırıq ki, aidiyyatı qurumlar bu məsələyə biganə qalmayacaq və günahkar qanun qarşında cavab verəcək.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar