Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərkisyan 2 rayonu qaytarmağa razılaşmışdı ” - Metyu Brayza


Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan “olduqca konstruktiv” təklif vermişdi


Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin keçmiş köməkçisi, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza tert.am erməni saytına müsahibəsində danışıb.

”Mən ehtimal edirəm ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu, hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam. Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi”-keçmiş diplomat deyib.

Brayzanın sözlərinə görə, Putinin Sankt-Peterburqda irəli sürdüyü təklif tərəflər üçün tamamilə cəlbedici idi, çünki orada danışıqların uzunmüddətli dalan vəziyyətindən çıxarılmasının yolu göstərilirdi.

“Mən Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbəliyi bu təkliflərə real ümidlər bəsləyir. İnanıram ki, Sərkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Və Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Sərkisyan və Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdirmişdilər”-Metyu Brayza deyib.

Xatırladaq ki, amerikalı keçmiş diplomat bir neçə ay əvvəl Putinin 2 rayonun qaytarılması, əvəzində kommunikasiyaların açılması barədə təklifi haqda danışıb, ancaq prezidentlərin bu təklifi dəstəklədiyi barədə nəsə deməyib. Brayza demişdi ki, o, məlumatı danışıqlara yaxın diplomatik mənbədən alıb. Tərəflər məsələni şərh etməyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar