Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“



Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşüb


MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu deyib. O bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur. Görüşdə qonağaDağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. O. Əsədov hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının işinin daha da  gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
Maya Qoykoviç isə qeyd edib ki, 2015-ci ildə ATƏT-ə sədrlik  edəcəyi dövrdə Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk Qrupunun işinin canlandırılması üçün əlindən gələni edəcək. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını söyləyib.
 
Görüşdə Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar