Müğənni Castin Biber eks sevgilisi Selena Qomez və repçi “The Weeknd” (əsl adı Abel Makkonen Tesfey) haqqında münasibət bildirib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı Selenanın Abeli sevdiyinə inanmadığını vurğulayıb.
“Burada sevgidən söhbət gedə bilməz. Selena sadəcə gündəmdə qalmaq üçün “The Weeknd”dən istifadə edir”, - deyə Castin qeyd edib.
Xatırladaq ki, “The Weeknd” iki ay öncə Bella Hadid ilə sevgili olub.
pia.az