Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səhər 6-dan gecə 1-ə kimi qulluğunda dururam” - “Toppuş bacı”


Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) şəxsi həyatından danışıb


Axşam.az-ın məlumatına görə, “APA TV”-də yayımlanan “Show time” verilişinə qonaq olan aktrisa həyat yoldaşının ona qoyduğu qadağalara uyğunlaşdığını deyib: 

“Yoldaşım hər işimə qarışır. Əcəb edir. Bizim evdə ilk və son sözü kişi deyir. Mən öz evimizdə belə görmüşəm. Atam söz deyib, anam da deyib ki, baş üstə. Aktrisalar arasında mənim yaşımda, ağlımda ev qadını yoxdur. Varsa da, Allah canlarını sağ eləsin. Mən səhər saat 6-dan gecə 1-ə qədər həyat yoldaşıma “Nə istəyirsən?” sualını verib, yatıram. Yəni onun qulluğunda dururam. Yəni gecənin bir aləmi o, məni yuxudan oyadıb, desə ki, su istəyirəm, mən onun bu sözünə ərinmərəm. Özümü elə də tərifləmirəm. Mənim də kaprizlərim var. Həyat yoldaşım maşında telefon oynatmağa icazə vermir. Yəni yolda onun yanında telefonu oynatmıram. Nəinki mən, bacılarım, qardaşım qızları, ümumiyyətlə qadın xeylaqları bizim maşına mindisə, maşında telefonla oynaya bilməz. Çünki yoldaşımın xasiyyətinə bələddilər. Bizim ailədə qanun budur. Hər efirə gələndə də geyinirəm, “hə” deyir, daha sonra evdən çıxırıq. Onun sözü mənə qanundur”.

Xatırladaq ki, T.Əliyeva 2013-ci ildən Röyal adlı bəylə ailəlidir. Cütlüyün 2016-cı ildə bir qızı olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar