Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Seçkiləri 50 mindən artıq müşahidəçi izləyəcək”


Bu gün Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilir


Seminarda MSK sədrinin müavini Natiq Məmmədov,  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər üzrə vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kalçenko  çıxış edib. 

Seminarda açılış nitqi ilə çıxış edən N. Məmmədov bildirib ki,  bir üçüncü on illikdir ki, avtoritar rejimdən demokratiya rejiminə keçmişik. Bu müddət ərzində ATƏT, Avropa məkanına daxil olmuşuq. Xalqın öz hakimiyyətinin formalamasıənda birbaşa iştirak etmək imknaları yaranıb. Çoxpartoiyalı sistemə keçdikdən sonra demokratiya imkanları genişlənib. Azərbaycan seçkilərində iştirakçıların  əhatə dairəsi 5 milyon civarındadır.  Biz seçki təcrübəsini qiymətləndirmək imkanına malikik. Azərbaycan seçki sistemi Azərbaycan xalqının iradəsini ortaya qoyur. Biz Avropa İttifaqı ilə səmərəli əmkdaşlıq edirik.  Geniş sayda analizlər aparmışıq. Bizim seçkilər də problemlərdən xali deyil. 2010–cu il parlamnet seçkilərində 267 şikayət və müraciət daxil olmuşdu. 2013-cu il prezident seçkilərində 19, 2014-cü il bələdiyyə seçkilərində isə daxil olan şikayətlərin sayı isə 96 olub. Bu rəqəmlər 5 milyon seçici kontekstində əlbəttə ki kiçikdir. Bizim məqsədimiz fərdin hüquqlarına hörmətlə yanaşmaqdır. Qeyd etdiyim şikayətlərdən 14-nü Avropa Məhkəməsi tanımışdır. Avropa Məhkəməsinin qərarları işimizə yenidən baxmağa, yol vermiş səhvləri aradan qaldırmağı kömək edir.

Məsələn, bir təcrübə olmuşdu. Bir şəxsin namizədliyinin qeydiyyatı əsassız olub. Dairə həmin şəxsin namizədliyini ləğv olunması üçün ərizəçilərin şikayəti və üstünə  pul əlavə edərək məhkəməyə müraciət etmişdi.  Ərizəçilər iddia edirdi ki, onların iradəsi pulla alınıb. Bizim məhkəmə şikayətçinin qərarını təsdiqləyib. Avropa Məhkəməsi nəticəyə gəmişdi ki, ərizələrə əlavə edilən pulların ekspertizadan keçmədiyini, barmaq izlərinin alınmadığı üçün yerli məhkəmənin qərarını əsassız hesab etmişdi. Qeyd edim ki, seçkiləri 50 mindən artıq müşahidəçi izləyəcək. Bu sırada çoxsaylı beynəlxalq müşahidəçilər də olacaq. Biz insan haqlarına münasibətdə açıq fəaliyyət göstərməliyik”.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar