Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir”


“Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb”


Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycan Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

N.Məhərrəmli bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası ilə görüş keçirdiyini bildirib: "Onlar hazırda fəaliyyətdə olan prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim".

MTRŞ sədri bildirib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır: "Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Ona görə də mən televiziya və radioların namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşmasını istərdim". (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar