Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Seçki bitdi, AKP-nin yeni qana, cana ehtiyacı var”


Baş nazirdən yeni mesajlar


Türkiyənin baş naziri Binəli Yıldırım CHP-nin referandumun nəticələrinin ləğvi və qarşıdakı dəyişikliklərlə ilə bağlı yeni mesajlar verib.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, o, seçkinin artıq bitdiyini deyib. Əlavə edib ki, CHP-nin etirazların nə dərəcə haqlı olduğu Yüksək Seçim Kurulunun (MSK) müzakirəsindən sonra xalqa detallı açıqlanacaq:

"Seçki 51.1 faiz  "Hə", 48.9 faizlə "Yox" səsiylə yekunlaşıb, bitib. Xalqın qərarı dəqiqdir, dəyişməzdir. "Hə" və ya "Yox" deyən bütün vətəndaşlarımız və onların qərarı başımızın tacıdır. Ona görə də hesab edirəm, CHP-nin etirazı mənasızdır. Yenə də MSK bu etirazı dəyərləndirib, nəticəsini xalqla paylaşacaq".

Baş nazir bildirib ki, artıq önə baxmaq lazımdır: "Terrorla mübarizəmiz əzim və qərarlıqla sürür. Referendumla sistemdə baş verəcək dəyişikliklərinin üzərində görüləcək çox işlər var. Diqqətimizi bunlara istiqamətləndirməliyik. Bunlar ölkə məsələsidir, ona görə bütün siyasi partiyalarla görüşməyimiz gərəkdir".

Yıldırım prezident Ərdoğanın AKP-yə nə vaxt üzv olacağını da münasibət bildirib:

"Ana Yasa dəyişikliyinin 3 maddəsi dərhal qanuni qüvvəyə minib. Digər maddələr isə 2019-dakı seçkiylə qüvvəyə minəcək. O ki qaldı hörmətli prezidentimizin partiyaya üzv olmasına, bu, MSK-nın seçkinin nəticəsini rəsmən elan etməsindən sonra həyata keçiriləcək. Yəni bundan sonra prezident partiyası ilə əlaqələrini rəsmən quracaq"

Baş nazir hakim iqtidar partiyası olan AKP-nin nə vaxt qurultay keçirəcəyinin də anonsunu verib:

"Partiyamız zatən yeni qurultay prosesinə indidən başlayıb. Referendumdakı prosesdən biz də öz payımız aldıq. Düzdür, xalqın bizə güvəni davam edir. Ancaq harada bu güvəni nəyə görə itirdiyimizi dəqiq incələyəcəyik. Bu proses göstərdi ki, AKP-nin bir qan, can dəyişlikliyinə ehtiyacı var və bunu edəcəyik. Bütün bunlar 2018-ci ildə həyata keçiriləcək.  2019-un mart ayında bələdiyyə,  3 sentyabrda isə parlament və prezident seçkilərinə gedərək, sistemi tam yeniləcəyik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar