Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sarkisyan “İsgəndər” raketlərindən siyasi xal toplamaq üçün istifadə edir” - Hərbi ekspert


Üzeyir Cəfərli: “Ermənistan yaxşı bilir ki, bir tərəfində Türkiyə, bir tərəfində də Naxçıvan olmaqla edəcəyi ağılsız hərəkətin ən sərt cavabını alacaq”


Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə vassalıdır ki, Rusiyadan vəsait daxil olmasa orda vəziyyət çox çətin olar”

Bu sözləri PİA.AZ-a hərbi ekspert Üzeyir Cəfərli Ermənistanın müdafiə naziri Vihen Sarkisyanın açıqlamasına münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Vihen Sarkisyan istədikləri vaxt “İsgəndər” raketlərindən istifadə edə biləcəklərini, həmçinin bu silahla qarşı tərəfin infrastrukturunu darmadağın edə biləcəklərini bildirib. Həmçinin Ermənistanın müdafiə naziri bildirib ki, yaxın zamanda Rusiyadan daha effektli silahlar alacaqlar. Azərbaycan torpaqlarının 20 faizini işğal edən düşmən ölkənin müdafiə nazirinin bu tipli bəyanatlarından da açıq şəkildə görünür ki, Rusiya öz vergiödəyicilərinin hesabına Ermənistanı silahlandırır və Ermənistanı Cənubi Qafqazda sülhə və dinc əməkdaşlığa qarşı əsas təhlükə mənbəyinə çevirir.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərlinin mövqeyini öyrənib.



Üzeyir Cəfərli: “Bizim kifayət qədər silah-sursatımız var ki, düşməni qısa müddətdə ram etsin”.


Ekspert belə hesab edir ki, bu kimi çıxışlar yalnız kütlə üçün nəzərdə tutulub. Ermənistanda aprel ayında keçiriləcək siyasi dəyişiklik üçün xalqın rəğbətini qazanmağa çalışan hökumətin ümidsizcə atdığı addımlardan biridir. Lakin onlar fikirləşmir ki, belə gülünc bəyanatlarla yalnız özlərini  cəmiyyətə güldürə bilərlər:

“Siz bilirsiz ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi zaman-zaman Azərbaycanı təhdid edən fikirlər və bəyanatlar səsləndirir. Və bu sonuncu təhdid də məhz həmin siyasətin tərkib hissəsidir.Ermənistan çox ciddi siyasi tədbirə hazırlaşır. Aprel ayında parlament seçkiləri olacaq və Ermənistan prezident respublikasından parlament respublikasına keçid etmək istəyir. İsgəndər” raketlərindən siyasi xal toplamaq üüüüçün istifadə edir. Buna görə də Serj Sarkisyan aşağı olan nüfuzunu qaldırmaq üçün fəaliyyətə başlayıb. Ötən həftə müdafiə naziri ilə birgə keçirdiyi görüş zamanı aprel ayında çox ciddi toqquşmanın olacağını və çox insan itkisini baş verəcəyini bildirməsi həmin  o fəaliyyətin tərkib hissəsidir. 

Bizi “İsgəndər” raketləri ilə hədələyən ağıldan kəm insanlar nədənsə unudurlar ki, Azərbaycanın paytaxtı ən az 100 km-lərlə məsafədə Ermənistandan uzaqda yerləşir. Naxçıvandakı əlahiddə ümumi qoşun ordusunda olan potensial imkan verir ki, bir neçə dəqiqə ərzində 42-45 km məsafədə yerləşən İrəvanı, onun strateji və hərbi obyektlərini yer üzündən silmək imkanına malikdir. Bu gün biz heç kimdən gizlətmirik ki, bizim Naxçıvanda yerləşdirdiyimiz raket-artileriya qoşunları Ermənistana heç nəfəs almağa imkan verməz. Və ola bilsin ki, onların Bakıya istiqamətləndirdikləri raketin hara düşdüyü ilə bağlı məlumat əldə edə bilməsinlər. Ermənistan sadəcə olaraq Azərbaycanın əsəbləri ilə oynayır. Ermənistan yaxşı bilir ki, bir tərəfində Türkiyə, bir tərəfində də Naxçıvan olmaqla edəcəyi ağılsız hərəkətin ən sərt cavabını alacaq. Onlar fikirləşir ki, əgər biz indi dözüm və səbir nümayiş etdiriksə istənilən sərsəm bəyanatlar verə bilərlər. 

Üzeyir Cəfərli: “Ola bilsin ki, ermənilər Bakıya istiqamətləndirdikləri raketlərin hara düşdüyü ilə bağlı məlumat əldə edə bilməsinlər”.


Onlar gah Mingəçevir SES-i vuracaqlarını, gah da Kür çayına  qədər gələcəklərini bəyan edirlər. İndi də “İsgəndər” raketlərini  əhalinin rəğbətini qazanmaq üçün dövrüyəyə buraxıblar. Azərbaycanın həmin o raketləri məhv etmək, izləmək gücü var. Onları daim nəzarət altında saxlamaq imkanları mövcuddur. Buna heç kimin şübhəsi yoxdur. Biz oturub gözləmirik ki, ermənilər bizim başımıza nə vaxt raket yağdıracaqlar. Bizim kifayət qədər əldə etdiyimiz silah-surstalar var ki, onalr düşməni qısa müddətdə ram etməyə imkan verəcək. Sual oluna bilər ki, buna Rusiya necə baxacaq. Elə sakitçiliklə baxacaqlar ki, heç səsləri də çıxmayacaq. 

Ermənistan dilənçi vəziyyətindədir. Rusiya Ermənistanı nə qədər yedizdirəcək, təmin edəcək. Buyursunlar, nə istəyirlər etsinlər. Azərbaycanın bundan sonra nədənsə çəkinəcəyi, qorxacağı yoxdur. İndiki vəziyyətdə Ermənistanın müdafiə naziri deməlidir ki, biz Rusiyadan silah alacağıq. Biz bilirik ki, bu yaxinlarda onun Moskvaya səfəri baş tutdu. Ondan sonra isə  İran İslam Respublikasına səfər etdi. Rusiya Ermənistandan maksimum istifadə etməyə çalışır. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə vassalıdır ki, Rusiyadan vəsait daxil olmasa orda vəziyyət çox çətin olar. Bir gün ruslarda bundan bezəcək.Bir ölkənin ki, siyasəti, hərbisi, dövlət sərhədi başqa bir dövlət tərəfindən müdafiə olunursa, həmin ölkə formal müstəqil ölkədir”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar