Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sabah şəxsi maşınlardan az istifadə edin”


DYP-dən xəbərdarlıq


IV İslam Həmrəyliyi Oyunlarının açılış günü – 12 may tarixində paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq, digər yollarda isə hərəkət istiqaməti dəyişdiriləcək.

Bunu AzVision.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. 

Qurum rəsmisi bildirib ki, “10-cu zavod dairəsi”ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində, Olimpiya stadionu və ona bitişik küçə, prospektlər üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

“Keçiriləcək möhtəşəm tədbirin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərə müraciət edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Daha çox ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik. Tədbirə qatılmaq istəyənlər isə yaradılan şəraitdən maksimum yararlana bilərlər” – deyə DYP rəsmisi müraciət edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar