Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SSRİ-dən qalmış qanunlarla işləyirik, islahat olmalıdır”


“Bu gün də bəzi qanunlarımız var ki, bu qanunlarda ciddi boşluqlar var. Hətta deyərdim ki, SSRİ-dən qalmış qanunlarla işləyirik”


Strateq.az bildirir ki, bu sözləri deputat Cavanşir Paşazadə "Ədalət” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, həbsxanaya düşmüş şəxs çıxdıqdan sonra real həyata adaptasiya ola bilmir: “Düşünürəm ki, bu yöndə humanist qərarlar qəbul olunmalıdır, islahatlar aparılmalıdır. Sovet dövründə yoldaşlıq məhkəmələri var idi. Belə şeyləri təbliğ eləmək lazımdır”.

C. Paşazadə spirtli içkilərlə bağlı qanunu sərtləşdirməyi təklif edib: “Mən alkoqolizmlə bağlı qanunun sərtləşdirilməsinin tərəfdarıyam. Üstündə tapançası olan şəxs aydın məsələdir ki, maqazində olan güllələrin sayı qədər insanı öldürə və ya yaralaya bilər. Ən sonda həmin şəxs qarşısındakını vurub-vurmamaq yönündə düşünə bilər. Ancaq içki qəbul edib sükan arxasında oturan sürücü isə canlı bir bombadır. Bizdə isə belə sürücülər ilkin olaraq yüksək məbləğdə cərimələnir. Bəzən bu cərimələr də işə yaramır”.

Deputat yol polisləri ilə bağlı ictimai tənqidlərlə razılaşmayıb: “Yolu tənzimləyən polis nə siqaret çəkə bilir, nə otura bilir, nə dura bilir. Heç kimlə möhkəm danışa bilməz. Yayda elə qaralır ki, qışda da ağara bilmir. Bu ədalətdirmi?  Gəlin Yol Polislərini şəhərə buraxmayaq. Görün onda tıxacla bağlı hansı vəziyyət yaranacaq. Yol müfəttişinin işi odur ki, maşını saxlasın, sənədləri yoxlasın. Onlar bizim düşmənimiz deyil ki, nə üçün bu bizə qıcıq verməlidir?”

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar