Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SAF Həyat Naminə” Gənclər İB Tərtər və Mingəçevirdə növbəti layihəsini başa vurub


“SAF Həyat Naminə” Gənclər İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşgüzar ol, həyatını qur!” rayon və kənd qadınlarının məşğulluğunun, sahibkarlıq fəaliyyətinin təşkili və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Mingəçevir şəhəri və Tərtər rayonununda işgüzar xanımların iştirakı ilə təşkil olunmuş tədbirlərə yekun vurub


“Dəyirmi masa” ətrafında aparılan söhbətlərdə rayonun fəal, işgüzar qadınları iştirak ediblər. Layihənin rəhbəri Nailə İsmayılova bu sahədə onlara geniş məlumat verib. O bildirib ki, həyatda qabiliyyətsiz insan yoxdur, öz yerini tapa bilməyən insan var. Buna görə də cəmiyyət hər kəsə öz yerini tapmaqda, peşə seçimində yardımçı olmalıdır. Peşə seçərkən əmək bazarında həmin peşəyə olan mövcud tələbat mütləq nəzərə alınmalıdır. İnsanın gələcək həyatında onun düzgün peşə seçiminin xüsusi əhəmiyyəti var. Dünyada 240 minə yaxın peşə növü olduğundan, hər kəs məhz öz təbiətinə yaxın olan peşəni seçə bilər.

"Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Türanə Məmmədzadə, təhsil şöbəsinin işçisi Nigar Məstəlizadə, Borsunlu kənd tam orta məktəbinin direktor müavini Aytən Əliyeva, Bayandur kənd ibtidai məktəbin direktoru Natella İbrahimova fəal işitrak ediblər. Onlar bir daha qeyd ediblər ki, peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədilə seçilmir, bəlkə də bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. 

Qeyd edək ki,  hər iki bölgədə keçirilən tədbirlərdə tədbir iştirakçıları olan xanımlarla layihə icraçıları ilə birgə onların sosial-iqtisadi vəziyyətləri, iş həyatları, gündəlik həyatlarında rastlaşdıqları problemlər barəsində müzakirələr aparılıb.

Qadınlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və bu sahədə inkişaf edərək uğur qazanmaları üçün məlumatlandırıcı seminarlar təşkil olunub və hər iki bölgədə 2 gün ərzində keçirilən seminarlara mütəxəssislər və sahibkarlıq sahəsində uğur qazanmış peşəkarlar dəvət olunub. Onlar yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlara öz uğur hekayələrindən danışıblar.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar