Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruslar Trampı Suriyada ələ saldılar, əsas qalib isə İran oldu”


ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə naminə Suriyada bəzi istəklərindən vaz keçərək geri çəkilməsi ölkə mətbuatında geniş tənqid mövzularından biridir


Siyasi ekspertlər ABŞ-ın dünyadakı hökmranlığını təmsil edən prinsiplərdən geri çəkilmək niyyətini onun qlobal liderlik statusunun itirilməsi ilə əlaqələndirirlər.

Ölkənin nüfuzlu mətbu orqanlarından sayılan The Daily Beast qəzetində Çarlz Lister imzasıyla gedən məqalədə Ağ Ev administrasiyasının Suriyadakı siyasəti sərt tənqid olunub.

Müəllif D.Trampın guya İŞİD-lə mübarizə adı altında Suriyadakı bəlaların baş baiskarı olan Bəşər Əsəd rejiminin legitimliyini tanımasının doğru olmadığını yazıb.

Bunun yerinə isə Rusiya Suriyada “deskalasiya zonaları” adı altında uzunmüddətli startegiya ilə Suriyada və Aralıq dənizində möhkəmləməyə davam edir. Ekspertin rəyinə görə, Rusiya cəbhədəki dondurulmuş zonalar vasitəsilə Əsəd rejiminin qələbəsini təminat altına alır.

Suriyadakı məhdud faəliyyəti qəbul edən ABŞ Rusiyaİran qarşısında məğlubiyyətə uğradığını etiraf etmiş olur”, - müəllif yazır.

Картинки по запросу trump syria russia

Lester ABŞ-ın Suriyadakı strategiyasının ən böyük probleminin qısamüddətlilik olduğunu söyləyərək bunun zərərlərini sadalayıb:

1. Öz fəaliyyətini sadəcə terrorçuluğa qarşı mübarizə ilə məhdudlaşdıran ABŞ yenə də məntiqsiz hərəkət edir. Guya böhranın simptomlarını yatırmağa cəhd edərək, əslində onun əsl kökünün (Əsəd rejiminin) qalmasına izn verir.

2. ABŞ İŞİD-dən geri alının torpaqlarda uzunmüddətli sabitliyin təmin olunması üçün heç bir resurs ortaya qoymur. Yeni administrasiya Vaşinqtonun yekunda Əsəd rejiminin həmin rayonlarda hakimiyyətini bərpa edəcəyini gözləyir. Müəllifin fikrincə, bu, ABŞ-ın müdafiə etdiyi bütün mənəvi-əxlaqi dəyərlərlə ziddiyyət təşkil edir və İŞİD kimi qrupların yenidən xortlamasına şərait yaratmaqdan başqa bir şeyə yaramır.

3. ABŞ Rusiyanın deskalasiya zonalarının yaradılması ilə bağlı təşəbbüslərinə dəstək verməklə Moskvanın regionun bütün oyunçularına, xüsusilə də Əsədin özü və İrana təsir göstərməsi üçün əlavə rıçaqlar verir.

4. ABŞ tərəfindən Əsəd rejiminin qalibiyyətinə səssiz razılıqla birlikdə məhdud əksterror startegiyasına əl atılması İranın böyük zəfər əldə etdiyini göstərir.

Картинки по запросу US syrian opposition

Müəlif bütün bunlara rəğmən ABŞ-ın Suriyada Əsəd rejiminə alternativ üçün imkanlarının çox olduğunu düşünür: "ABŞ Suriyadakı situasiyaya daha uzunmüddətli taktika ilə yanaşmalı və bunu öz inandığı əxlaqi dəyərlər çərçivəsində həyata keçirməlidir. Bunun üçün maksimal olaraq demokratik müxalifətin iştirakı ilə nizamasalma ideyası fikrini gündəmdə tutmaq lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar