Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Qarabağ təklifinə baxırıq“- Elmar Məmmədyarov


Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə irəli sürdüyü təkliflərə baxılır


Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrinin VI Qeyri-Rəsmi Nazirlər Dialoqu toplantısında çıxışında deyib.

Nazir qeyd edib ki, Riqa Sammitindən keçən dövr ərzində Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çox dəyişikliklər baş verib: "Biz terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq etməliyik. Hazırda bu, gündəlikdə duran ən önəmli məsələdir".

E.Məmmədyarov bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasətinin icmal sənədində təsbit olunmuş fərqləndirmə yanaşmasını yüksək qiymətləndirir: "Fikrimizcə, miqrasiya və insan hüquqları, fundamental azadlıqlar və antiradikalizm kimi məsələlərin müzakirəsində tarazlıq gözlənilməlidir. Həmçinin, Avropada İslamofobiya meyllərinin yayılmasının qarşısının alınması vacibdir".

XİN rəhbəri əlavə edib ki, Şərq Tərəfdaşlığı Təşəbbüsünə üzv dövlətlər kimi tərəfdaş ölkələrdə insan hüquqlarının vəziyyətinə dair ünvanımıza mütəmadi əsasda tənqidlər səsləndirilir: "Məsələ burasındadır ki, Avropa İttifaqının özündə insan hüquqlarının durumu da maraq doğurur. Əgər biz həqiqətən də qarşılıqlı sahiblik prinsipindən danışırıqsa, o zaman vətəndaş cəmiyyəti qurumlar; Avropa İttifaqına üzv dövlətlərin ərazisində insan hüquqlarının pozulması kimi məsələləri də qeyd etməlidir".

O, qeyd edib ki, enerji sektoru Avropa İttifaqı ilə münasibətlərimizdə aparıcı rol oynamaqda davam edəcək: "Cənub Qaz Dəhlizi ilə bağlı işlər öz axarı ilə plana uyğun şəkildə davam etdirilir. Azərbaycandan qazın 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəlində Avropaya çatdırılması nəzərdə tutulub. Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin nəzərdə tutulmuş zaman kəsiyində reallaşdırılması baxımından Avropa İttifaqının dəstəyi vacibdir".

Nazir əməkdaşlığımızın digər mühüm sahəsi kimi nəqliyyat sferasını qeyd edib: "Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq təşəbbüsü olan İpək Yolu təşəbbüsü yalnız bizim üçün deyil, həm də Mərkəzi Asiya ilə əməkdaşlığı sürətləndirməkdə maraqlı olan Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu nəqliyyat dəhlizi AvropaAzərbaycan, Türkiyə və Gürcüstandan keçməklə, ilkin mərhələdə bu region, gələcək perspektivdə isə Çinlə birləşdirəcək".

E.Məmmədyarov vurğulayıb ki, əməkdaşlığımızın bünövrəsində ən zəif halqa istisnasız olaraq münaqişənin nizamlanmamasıdır: "Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxardılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında insanlararası təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişənin regionda əməkdaşlığa başlıca əngəl olması barəsində həmfikirik".(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar