Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyada prezident seçkiləri şəffaf keçirilir”

"Prezident seçkiləri şəffaf və Rusiya Konstitusiyasına uyğun keçirilir"


Bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının koordinatoru Ziyafət Əsgərov bildirib.
 
Moskvanın 3 saylı seçki məntəqəsində müşahidə aparan azərbaycanlı parlamentari seçki prosesinin Rusiya Federasiyasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun aparıldığını qeyd edib: "Səhər saat 8-də seçki məntəqəsində səsvermə başlayıb. Müşahidəçilərin gözü önündə seçki qutuları açıldı, yoxlanıldı. Səsvermə prosesinə start verildi. Seçki prosesi yüksək səviyyədə təşkil olunub".
 
Z. Əsgərov bu günün Rusiya xalqı üçün əlamətdar gün olduğunu söyləyib: "Rusiya xalqı bu gün öz prezidentini seçir. Əlbəttə, biz, bütün MDB ölkələri bu prezidentlə əməkdaşlıq edəcəyik. Biz bu gün Moskvada, həmkarlarımız isə Sankt-Peterburq və Tver vilayətində seçki prosesini müşahidə edirlər. Tək Moskvada 8 milyon seçici var. Biz bir neçə seçki məntəqəsində müşahidə aparacağıq. MDB ölkələrindən olan digər həmkarlarımız Rusiyanın müxtəlif regionlarına müşahidə aparırlar. Onların verdiyi məlumata görə, Rusiyanın region və subyektlərində seçki prosesi sakit keçir. Sabah səsvermənin başa çatması ilə əlaqədar bizim birgə hesabatımız olacaq. Əminəm ki, bu hesabatda müsbət nəticələr olacaq".
 
Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı səlahiyyətli nümayəndəsi, MDB PA-nın baş katibinin müavini Aydın Cəfərov Rusiya seçki qanunvericiliyində olan müsbət dəyişikliklərdən danışıb: "Bu dəfə ki seçkilərdə bir çox yeniliklər tətbiq olunub. Seçicilər təkcə yaşayış qeydiyyatında olduğu yerdə deyil, bu və ya digər səbəblərdən olduğu yerlərdə də səsvermədə iştirak edə bilərlər. Bu, yaxşı yenilikdir, seçicilər üçün seçki prosesini asanlaşdırır".
 
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri müavini Rauf Əliyev seçki prosesinin şəffaf və seçki qanunvericiliyinə uyğun keçirildiyini bildirib: "Müşahidə apardığımız məntəqə Moskvanın mərkəzində yerləşir. Artıq səhər saatlarından seçicilərin aktivliyi müşahidə olunur. Seçki məntəqələrinin təhlükəsizliyi yaxşı təmin olunub. Müşahidəçilərin seçki prosesini izləməsi və seçicilərin seçki prosesində iştirakı üçün bütün şərait yaradılıb".
 
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Ölkənin 85 regionunda 97 min 300-dən çox məntəqə fəaliyyət göstərir. Rusiyadan kənarda isə 401 məntəqə yaradılıb. Rusiya Mərkəzi Seçki Komissiyasında Moskva vaxtı ilə saat 10:00-dan informasiya mərkəzi fəaliyyət göstərir. Bütün seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Həmin kameralar vasitəsi ilə MSK məntəqələrdən canlı yayım vasitəsi ilə seçki prosesini müşahidə edir. Səsvermə Moskva vaxtı ilə saat 21:00-da Rusiyanın ən qərb regionunda, Kalininqradda başa çatacaq. Seçkinin ilkin nəticələrini isə Rusiya MSK martın 19-da saat 10:00-da açıqlayacaq.
 
Növbəti 6 il üçün prezident postu uğrunda hazırki prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar