Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir”


Millət vəkili: “Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir”


“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir”.

Bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

F. Mustafa bildirib ki, bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir: "ÜAK-ı birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, ÜAK onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa Azərbaycan qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Bu münasibətlər də hər halda yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır, Azərbaycan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər”.

Millət vəkili ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb: “Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur”.

Politoloq Qabil Hüseynli isə APA-ya açıqlamasında bildirib ki, belə bir addım atılması ermənipərəst mövqedən irəli gəlir, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi RusiyaAzərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır: “Son bir neçə aydır ki, Rusiya ermənilərə xoş gələn ərməğanlar edir. Rusiya-Ermənistan silahlı qruplaşmasının yaradılması və erməninin komandir təyin edilməsi, Ermənistana “İsgəndər” raketləri də daxil olmaqla, pulsuz böyük miqdarda müasir silah və sursat verilməsi bu sıradadır. Üstəlik, sanki Ermənistana diqtə edilir ki, danışıqlar prosesindən geri çəkil. Danışıqlar prosesi bu gün demək olar ki, durğunluq dövrünü keçirir. Bu azmış kimi, Ermənistan müharibə ritorikasını daha da artırıb, Azərbaycanı təhdid və şantajedici bəyanatlarla hövsələdən çıxarmağa çalışırlar. Hazırda cəbhə bölgəsində vəziyyət gərgindir, Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur. Amma ordumuz da onlara layiqli cavab verir. Yəni Ermənistan təxribatlarla Azərbaycan iri miqyaslı müharibəyə cəlb etməyə çalışır. Rusiyadan təminat alınmasa idi, Ermənistanın bunu etməyə qətiyyən cəsarəti çatmazdı”.

Q. Hüseynli hesab edir ki, ÜAK sıradan çıxarılmaqla Rusiyada vaxtı ilə sabiq baş nazir müavini Abbas Abbasovla bir olan, sonradan ondan ayrılan Söyün Sadıqovun “AzərRoss” təşkilatını canlandırmağa və onu işə salmağa çalışacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar