Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya kürdləri Suriya prosesindən təcrid etmək niyyətində deyil”


Suriya mövzusu ilə məşhurlaşmış türk jurnalisti Musa Özuğurlu “Birgün” qəzetinə müsahibəsində Türkiyə və Rusiyanın təşəbbüsü ilə Astanada Suriya üzrə keçirilən danışıqları şərh edib


Müsahibəni təqdim edirik.

-Astanada Suriya üzrə başlanmış danışıqları necə dəyərləndirirsiniz?

-Nikbinliyi saxlamağa müəyyən səbəblər var, lakin əlbəttə, bu bildirmir ki, problem yoxdur. Hər şeydən əvvəl, bu danışıqlara Suriyadakı bütün tərəflər qatılmayıb. Bu baxımdan “Demokratik Birlik” Partiyasının (PYD) olmamağı böyük nöqsandır. Yəqin ki, bu, Türkiyənin bir sıra etiraz və hesablamalarının nəticəsidir. Bu və ya digər formada Suriya probleminin həllini tapmaq istəyən Rusiya hələlik Türkiyənin bu istəyini qəbul edir, amma düşünmürəm ki, Rusiya kürdləri təcrid etmək niyyətindədir, çünki Suriya hadisələrinin bütün iştirakçılarının bu danışıqlarda təmsil olunmağını zəruri sayır.

Bu, əsil müxalifət deyil

-Astana danışıqlarına qatılmış qrupların profilinə baxarkən onları həqiqətən də müxalifət adlandırmaq olarmı?

-Müxalifət adlandırılan və kürdlərdən, Suriyada görünməyən və səsi gəlməyən bəzi müxalif qruplardan kənarda duran təşkilatlar bu və ya digər şəkildə “Əl-Qaidə” ideologiyasına uyğun hərəkət edir. Onların bir hissəsi – İŞİD, “ən-Nusra”, “Əhrar əş-Şam” birbaşa “Əl-Qaidə”nin törəmələridir. İŞİD və “ən-Nusra” bütün dünyanın bu təşkilatlar haqda razılığa gəlməyi səbəbindən danışıqlardan rəsmən çıxdaş olunub. Lakin digər qruplara gəlincə, Türkiyənin onlara təsir edəcəyi ehtimal olunduğundan və hələlik onu danışıqlardan uzaqlaşdırmayınca Rusiya Ankaranı incitməmək üçün Türkiyənin bu qrupları “mötədil” saydığına göz yumur. Bu məsələdə Rusiya və Türkiyənin ikitərəfli və iqtisadi münasibətləri rol oynayır.

Astana – ilk addımdır

-Türkiyənin rolu hansıdır?

-Türkiyə bu gün kürdlərlə müharibə durumundadır və istəmir ki, onlar Suriya siyasətində hansısa şəkildə təmsil olunsunlar. Türkiyə istəyir ki, Suriya rəhbərliyi PYD-i “terrorçu təşkilat” kimi qiymətləndirsin. Amma Suriya hökuməti indiyə qədər bundan hər cür yayınıb. Mən Suriya KİV-lərini çox diqqətlə izləyirəm və məsələn, birbaşa dövlətin nəzarətindəki mass-mediada Xalq özünü müdafiə dəstələri (YPG) haqda həmişə “Xalq müdafiə dəstələri” kimi danışılır. Bu isə göstərir ki, gələcəkdə Astanada siyasi nizamlamada irəliləyiş zamanı Dəməşq kürdlərlə danışıqlar masası arxasına əyləşəcək. Bu qayda ilə bu prosesdə Astananı ilk addım kimi nəzərdən keçirmək lazım gəlir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar