Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi


“Türkiyə Suriyada hərbi əməliyyatlara başlamazdan öncə Moskva kürdlərə Afrini Dəməşqin nəzarətinə verməyi təklif edib”


APA-nın Moskva müxbirinin məlumatına görə, bunu RBK-ya açıqlamasında Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndəsi Sihanok Dibo deyib.

S. Dibo bildirib ki, Rusiya PYD-nin hərbi qolu olan “Suriya Demokratik Qüvvələri”nə (SDF) Türkiyənin hərbi əməliyyatının qarşısını almağın əvəzində Afrini Bəşər Əsəd qüvvələrinin nəzarətinə verməyi təklif edib. PYD isə Moskvanın təklifini qəbul etməyib. S. Dibonun sözlərinə görə, bu təklif Suriya münaqişəsinin həllinə kömək etmir.

Kürdlərin nümayəndəsi Rusiya tərəfindən məhz kimin bu təklifi irəli sürdüyünü açıqlamayıb.

Qeyd edək ki, “Associated Press” agentliyi də kürdlərin “Xalq Özünümüdafiə Dəstələri”nin (YPG) 3 nümayəndəsinə istinadən Rusiyanın kürdlərə Türkiyənin hücumundan yayınmaq üçün Dəməşqin nəzarətinə keçməyi təklif etdiyini xəbər verib. Afrin hökumətinin müşaviri Badran Çiy Kurddan sitat gətirən agentlik Moskvanın tələbinin ultimatum xarakteri daşıdığını yazıb: “Ya Türkiyə əməliyyata başlayacaq, ya da Afrin Əsədin nəzarətinə verilməlidir”.

PYD nümayəndəsi S. Dibo partiyasının yanvarın 30-da Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcəyini də vurğulayıb: “PYD Soçi Konqresində əldə olunacaq heç bir razılığı yerinə yetirməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar