Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya ətraf bölgələr üçün açıq separatizmi dəstəkləyən bir ölkədir” - Deputat


Fazil Mustafa: “Rusiya ilə Ermənistan arasında hərbi bazasının yaradılması haqqında müqavilə imzalanıbsa, Azərbaycanla Türkiyə arasında da belə bir müqavilə imzalana bilər”


Rusiya artıq suverenliyə hörmət edən dövlət kimi çıxış etmək niyyətində deyil”.

Bu sözləri Böyük Quruluş Partiyasının  sədri, deputat Fazil Mustafa son günlər yenidən Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsi ilə bağlı səsləndirilən fikirləri PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Azərbaycan-Ermənistan münaqişəsində düşmən ölkənin Rusiya tərəfindən himayə edilməsi, hərbi və siyasi baxımdan dəstəklənməsi artıq heç kimə sirr deyil. Orada Rusiyanın hərbi bazasının yerləşməsi də bu faktı təsdiq edir. Belə olan təqdirdə, Azərbaycanın da bu məsələdə ən böyük dəstəkçisi olan qardaş Türkiyə ilə hərbi əməkdaşlıq etməsi məsələsi gündəmə gəlir. Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi də uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biridir. Azərbaycanın da bu situasiyadan çıxış edərək Türkiyə ilə analoji birləşmələr yaratması, ərazisində qardaş ölkənin hərbi bazalarının qurulmasına razılıq verməsi tam məntiqli görünür. Lakin Azərbaycan qanunvericiliyi ölkəmizdə xarici dövlətin hərbi bazasının yaradılmasını mümkün saymır. Üstəlik, Türkiyənin NATO ölkəsi olması da hərbi əməkdaşlıq məsələsində çox irəli getməyə imkan vermir.

Son günlər yenidən Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsi ilə bağlı fikirlər və təkliflər səsləndirilir. Azərbaycanda Türkiyə hərbi bazasının açılmasının siyasi tərəfləri və nəticələri, həmçinin Azərbaycan konsitutsiyasına uyğun olub olmaması ilə bağlı nə demək olar? Ümumiyyətlə Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsini siyasi və hüquqi baxımdan mümkün hesab etmək olar?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya müraciət edib.

Fazil Mustafa: “Rusiyanın Ermənistana dəstək verməsi, birgə ordu yaratması Azərbaycanı müstəqil seçim etməyə məcbur edir”.


İndiki vəziyyətdə Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsinin reallaşmasının bir qədər uzun çəkməsini vurğulayan millət vəkili qeyd edib ki, biz öz təhlükəsizliyimizi qorumaq üçün özümüzə müttəfiq tapmalıyıq və bu istiqamətdə də müəyyən addımlar atılmalıdır:

“Əslində əgər Rusiya ilə Ermənistan arasında hərbi bazasının yaradılması haqqında müqavilə imzalanıbsa, Azərbaycanla Türkiyə arasında da belə bir müqavilə imzalana bilər. Düzdür, bildiyimiz kimi Türkiyə NATO tərkibində olan bir ölkədir. Buna görə də təbii ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratması üçün NATO-un da müəyyən razılığı olmalıdır. Amma bütün hallarda biz öz təhlükəsizliyimizi qorumaq üçün özümüzə müttəfiq tapmalıyıq və bu istiqamətdə də müəyyən addımlar atılmalıdır. 
İndiki vəziyyətdə isə Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsinin reallaşması bir qədər uzun çəkən prosesdir. Çünki bayaq dediyim kimi bu məsələdə NATO faktoru hər halda ciddi nəzərə alınmalıdır. Digər tərəfdən də Rusiyanın bu məsələyə münasibəti də həll edici rol oynayır. Amma Rusiyanın Ermənistana dəstək verməsi, birgə ordu yaratması Azərbaycanı müstəqil seçim etməyə məcbur edir. 

Dünən Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya səfər etməsi onu göstərir ki, Rusiya artıq suverenliyə hörmət edən dövlət kimi çıxış etmək niyyətində deyil. Əksinə olaraq Rusiya ətraf bölgələr üçün açıq separatizmi dəstəkləyən bir ölkədir. Qeyd edim ki, əvvələr Rusiya separatizmi dəstəklədiyin gizli şəkildə həyata keçirdirdi. İndi isə artıq Rusiya hüquqi cəhətdən də separatizmin varlığını sürdürmək istəyən bir ölkədir. Buna görə də bu təhlükə bizim üçün də var və istisna deyil ki, həqiqətən də Qarabağ üçün də eyni addım atıla bilər. Bu baxımdan da biz təhlükəsizliyimiz üçün yollar axtarmalıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar