Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya əsl imperialist, yırtıcı, zalım, əxlaqsız bir dövlətdir”- Zərdüşt Əlizadə


Politoloq: “5-ci kolon” milli ədavət yayır, barışmazlığı müdafiə edir, güzəştli sülhdən imtina edir və beləliklə, Rusiya ölkələri öz əsarəti altında saxlayır”.


Rusiya Qərbə demək istəyir ki, AzərbaycanErmənistan mənim arxa həyətimdir. Mən onları necə istəsəm, idarə edə bilərəm”.

Bu fikirləri Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxinin prezidentlərin Peterburq görüşü ilə bağlı fikirlərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin bu gün APA-ya açıqlamasında “çox güman ki, Rusiya, AzərbaycanErmənistan rəhbərliyi Qərbin - ABŞAvropa Birliyinin bu münaqişənin həllinə sərt müdaxiləsindən yayınmaq üçün görüşmək qərarı veriblər”, deyə bildirib. Həmçinin “Qərbin müdaxiləsinin müharibə ilə nəticələndiyi hamıya məlumdur” deyə politoloq  qeyd edib. A. Muxin Rusiyanın bu görüşü keçirməklə Qərbə mesaj göndərdiyini vurğulayıb: “Moskva Qərbə göstərmək istədi ki, bu regionda söz sahibi Rusiyadır və ABŞ ilə Avropa Birliyinə Dağlıq Qarabağ ətrafındakı vəziyyətə ciddi təsir etməyə icazə verməyəcək. Qərbin müdaxiləsinin müharibə ilə nəticələndiyi hamıya məlumdur. Müharibə isə tərəflərdən heç birinə sərf etmir. Ona görə də hesab edirəm ki, münaqişə tərəfləri ölçülü qərar qəbul ediblər”. Maraqlıdır ki, rus politoloq problemin Rusiya tərəfindən həll olunmayacağına da işarə edib: “Problemlər hələ də qalmaqda davam edir. Danışıqlarda əldə olunan razılıqlara nə qədər riayət ediləcəyi də məlum deyil. Bunu zaman göstərəcək”, deyən Muxin münaqişənin həllinin görünmədiyinə işarə edib. 

Qeyd edək ki, ilk dəfə olaraq Rusiya politoloqunun dilindən Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin həllində böyük fikir ayrılığı olduğu fikri səsləndirilib.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Zərdüşt Əlizadəyə müraciət edib.

Zərdüşt Əlizadə: “Rusiya da, Qərb də Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə etmək istəyirlər”.


Rusiya və Qərbin Dağlıq Qarabağ münaqişəsindən sırf öz maraqları üçün istifadə etmək istədiyini vurğulayan politoloq Zərdüşt Əlizadəyə görə, Rusiya “5-ci kolon” vasitəsilə AzərbaycanErmənistanı öz qarmağında saxlamağa çalışır:

“Bir neçə nəfəri çıxmaq şərtiylə, bütün Rus politoloqlarından bir mənalı olaraq Rusiyanın geosiyasi maraqlarını müdafiə edirlər. Onlar bu münaqişənin genişləndirilməsində, dərinləşdirilməsində və barışmaz səciyyə almasında müstəsna rolu olan Rusiyanı sülhün təminatçısı kimi təqdim edirlər və belə bir görüntünü təmin edirlər ki, Qərb müharibəni alovlandıran tərəfdir. Sülhün təminatçısı isə dediyim kimi Kremli təqdim edirlər. Sülh və ya müharibə Azərbaycan torpaqlarının qaytarılması ilə bağlıdır. Əgər Ermənistan o torpaqları dinc yolla qaytarsa, müharibə olmayacaq. Ancaq qaytarmasalar, Azərbaycanın müharibə aparmaq ixtiyarı var və məcburən bu yola baş vuracaq. 

Rusiya Azərbaycanı məcbur edir ki, BMT-nin nizamnaməsində təsdiq edilmiş, ərazinin  zor gücü ilə qaytarılması müddəasından imtina etsin və Azərbaycan razılaşsın ki, Dağlıq Qarabağ daim Rusiyanın qabırğası altında qalsın. Rusiya istəyir ki, Dağlıq Qarabağ Azərbaycana, nə də Ermənistana verilsin. Rusiyanın mövqeyi məhz bundan ibarətdir. Rusiya əsl imperialist, amansız, yırtıcı, zalım, əxlaqsız bir dövlətdir. 

Zərdüşt Əlizadə: “Rusiya Azərbaycanı məcbur edir ki, BMT-nin nizamnaməsində təsdiq edilmiş, ərazinin  zor gücü ilə qaytarılması müddəasından imtina etsin və Azərbaycan razılaşsın ki, Dağlıq Qarabağ daim Rusiyanın qabırğası altında qalsın”.


SSRİ dağılandan sonra Rusiya dondurulmuş münaqişələr vasitəsilə qonşu ölkələri əsarətdə saxlamağa çalışır. Rusiya Ukraynanı Krım, Donetsk vasitəsilə, Gürcüstanı Abxaziya, Cənubi Osetiya, Moldaviyanı Dnestyanı, Azərbaycanı isə ErmənistanDağlıq Qarabağ münaqişələri ilə vasitəsilə əsarətdə saxlamağa çalışır. Bütün bu ölkələrdə Rusiyanın bu marağını qoruyub saxlamaq üçün “5-ci kolon”u  var. “5-ci kolon” milli ədavət yayır, barışmazlığı müdafiə edir, güzəştli sülhdən imtina edir və beləliklə, Rusiya ölkələri öz əsarəti altında saxlayır. 

Bu yolla Rusiya Qərbə demək istəyir ki, AzərbaycanErmənistan mənim arxa həyətimdir. Mən onları necə istəsəm, idarə edə bilərəm. Dağlıq Qarabağ münaqişəsinin həllində Qərblə Rusiya arasında elə də böyük fikir ayrılığı yoxdur. Qərb Dağlıq Qarabağ münaqişəsindən öz maraqlı üçün istifadə etmək istəyir. Ona görə Ermənistana maliyyə, diplomatik dəstək verir.  Anacq Rusiya Qərbə imkan vermir və bildirir ki, bu mənim qarmağımdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar