Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Zaxarova ilə bağlı ölçü götürsün” - MŞ


"Azərbaycan Mətbuat Şurası M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir"


"Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir".
 
Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilir.   
 
Bəyanatda qeyd edilib ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub: "Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, hər bir jurnalist fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb.
 
M.Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun deyil. Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq və naşılıq isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir.
 
Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır.
 
AzərbaycanRusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyuduğu mövqe ikitərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyil. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq dairələri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsünlər.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar