Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Xəzərdə yalnız təlimlər keçirə bilər“


Xəzər dənizində Rusiya gəmilərinin təlim keçməsi Azərbaycan və Türkmənistana mesajdır.


Bu sözləri  açıqlamasında politoloq Qabil Hüseynli deyib.
 
O, Rusiyanın Transxəzər qaz kəmərinə istənilən yolla mane törədəcəyini bildirib:

“İki il əvvəl Xəzər donanmasına yeni gəmilər gətiriləndə də burada təlimlər keçirilmişdi. Rusiya Xəzərdə yalnız təlimlər keçirə bilər. Əslində bu təlimlər Transxəzər qaz layihəsi ilə əlaqədar Azərbaycan və Türkmənistanın əldə etdiyi razılığa görə başlayıb. Bu razılaşmalar əldə edilmək ərəfəsindədir. Türkmənistan prezidentinin Azərbaycana səfəri gözlənilir və bu səfər zamanı Transxəzər qaz kəməri layihəsinin gündəmin əsas müzakirə mövzusu olacağı gözlənilir. Döyüş hazırlığı vəziyyəti, hərbi təlimlər həm Türkmənistan, həm də Azərbaycana təzyiqin bir formasıdır. Çünki Rusiya bəyan edib ki, Xəzərin dibindən keçən istənilən kəmər digər Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır”.
 
Qeyd edək ki, dünəndən etibarən Rusiya Xəzər dənizinin özünə aid hissəsində hərbi təlimlərə başlayıb.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar