Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Qarabağ seçimi qarşısındadır” – tanınmış rusiyalı analitik


Sergey Markedonov Lavrovu korrektə etdi: “Heç bir konflikt ölkələrin daxili işi deyil...”


Dağlıq Qarabağ konfliktinin həll olunmamış qalması, sülh danışıqlarının dalana girməsi müharibə risklərini yenidən artırıb. Bunu təmas xəttində artan insidentlər bir daha sübut edir. Bəzi hərbi analitiklər hətta mövcud situasiyanı şərh edərkən müharibənin başlanmasının “texniki məsələ” olduğunu qeyd edirlər.

Bəs, sülh danışıqlarını yaxın aylarda dalandan çıxarmaq mümkün olacaqmı? Siyasi ekspertlərin bu yöndə təxminləri elə də nikbin deyil. 
“Cənubi Qafqazda situasiya son 2-3 ildə Ukrayna və Suriyadakı hadisələrin kölgəsində qalıb. Hər necə olmasa, region kifayət qədər problemlidir, konfliktlər qalır. Dağlıq Qarabağ konfliktini isə dondurulmuş adlandırmaq olmaz. Çünki o münaqişə dondurulmuş sayılır ki, onunla bağlı hər hansı dinamika olmur. Qarabağ konfliktində isə dinamika var və əfsus ki, neqativ yöndədir”.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Dövlət Humanitar Universitetinin xarici regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış politoloq Sergey Markedonov bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qarabağ kontekstində hansısa nəticələrdən danışmağa dəymir. “Bu – ziddiyyətlərin ən mürəkkəb düyünüdür. Üstəlik, yeni eskalasiya üçün müəyyən əsaslar mövcuddur. Qarabağla bağlı Rusiyanın mövqeyi qat-qat mürəkkəbdir, nəinki regiondakı digər münaqişələr – Abxaziya və Cənubi Osetiya ilə bağlı. Məsələ ondadır ki, Rusiyanın müxtəlif oyunçularla əməkdaşlıq edib-etməməyə hazırlıq səviyyəsi müxtəlifdir. Qarabağla bağlı Rusiyanın Qərblə sərt qarşıdurması yoxdur. Üstəlik, Qərb Moskvanın daha fəal olmasının əleyhinə deyil. Nə Fransa, nə də ABŞ prosesə cəlb olunmağa elə də həvəsli deyil. O zaman niyə də Rusiyaya müəyyən imkanlar təqdim olunmasın və təqdim olunmadan da deyilsin ki, nəticə niyə yoxdur? Rusiya üçün Dağlıq Qarabağ problemi mühümdür, ancaq bu ilk planda olan məsələ deyil. Ancaq hər şeyi atmaq və konflikti həll eləmək – özü də elə vaxtda ki, tərəflər özləri bunu istəmir və cəmiyyətlər hakimiyətlərdən daha radikaldır – olmayacaq”, - deyə rusiyalı politoloq skeptik tərzdə qeyd edib.

Politoloq daha sonra deyib: “Bakı və İrəvan istərdilər ki, Moskva öz final seçimini eləsin. Belə bir şey isə olmayacaq. Azərbaycanı açıq düşmənə çevrməyə ehtiyac yoxdur. Özü də bu, ilk növbədə Ermənistana sərfəli deyil”.

Bu kontekstdə ekspert Türkiyə amilinə diqqət çəkib: “Əks halda bu, risklərin artmasına gətirə bilərdi. Rusiya seçim edə bilər və edəcək. Ancaq yadda saxlamaq lazımdır ki, bu, riskli olacaq. O səbəbdən təxirə salınacaq və səylər problemi dinc yolla həll etməyə yönəldiləcək”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ konflikti Azərbaycanın daxili işi deyul” məlum açıqlamasına toxuna politoloq qeyd edib ki, istənilən konflikt istənilən ölkənin daxili deyil. “Hətta Rusiya Çeçenistan məsələsində dünya birliyinin diqqət mərkəzinə düşmüşdü. Qarabağ ixtilafı ilə bağlı istənilən həll Rusiyanın maraqlarını ciddiyə almalıdır”, - deyə ekspert sonda əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar