Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Qarabağ məsələsini həll etməyəcək“



Azərbaycanın Avrasiya Ittifaqına üzvlüyünün müqabilində Qarabağ probleminin həll edilə biləcəyi ilə bağlı məlumatlar bu dəfə tam fərqli ünvandan səslənib. Əgər bundan əvvəl bu formalı bəyanatları Rusiyanın rəsmi şəxsləri səsləndirirdisə, bu dəfə Kremlin Azərbaycanı AI-yə sürükləməyə çalışdığını nüfuzlu amerikalı ekspert, Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi Institutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen vurğulayıb


“Mənim Moskvadakı mənbələrim deyir ki, prezident Vladimir Putin Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə Ermənistan prezidenti Serj Sərkisyana çox qəzəblidir”, deyə ekspert vurğulayıb. 

A.Koenin sözlərinə görə, Putinə Ukraynadakı münaqişəni Qarabağ münaqişəsini nizamlamaqla kompensasiya etmək gərəkdir. Onun sözlərinə görə, başlanğıc üçün vacibdir ki, Azərbaycan qərbyönümlü mövqeyindən tamamilə imtina etsin.

“Ancaq bunun üçün Ermənistan Qarabağda bir neçə rayonu qaytarsın, sonra məsələnin yekun həllinə real yanaşsın. Strateji hədəf Azərbaycanın Avrasiya Ittifaqına üzvlüyüdür. Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalıdır, əks halda o, üzünü Moskvaya çevirməyəcək. Sərkisyan və Qarabağÿ klanı isə bu ssenariyə əsas maneə kimi görünür” - deyə A.Koen bildirib.

Amerikalı ekspertin dediyinə görə, Putin məsələni Sərkisyanla müzakirə edib, ancaq Ermənistan prezidenti güzəştə getmək istəmir. A.Koen deyir ki, onun Moskvadakı mənbələrinin bildirdiyinə görə, Putin Sərkisyanın kompromisə getmək istəməməsinə görə əsəbiləşir.

Amma baş verənlərdə əsas məqamlardan biri bu variantda Qarabağ probleminin məhz Rusiyanın təşəbbüsü ilə həll olunmasıdır. Çünki Rusiyanın patronajlığı ilə həll olunan problem Azərbaycanın maraqlarına uyğun ola bilərmi?

Rusiyanın Qarabağ problemini həll etməkdə heç zaman maraqlı olmadığını deyən politoloq Vəfa Quluzadə “Azadlıq” qəzetinə bildirib ki, Kreml Qarabağ probleminin həllini Azərbaycanı Rusiyanın tərkibinə qatmaq kimi başa düşür: “Azərbaycan Rusiyanın bu təkliflərinə heç zaman razılaşa bilməz. Rusiya sülh yaratmaq üçün Qarabağ məsələsini həll etməyəcək. Rusiya Azərbaycanı, Ermənistanı, hətta Gürcüstanı qaytarmaq niyyətindədir. Rusiyanın siyasəti Putinin dostları tərəfindən dilə gətirilib. Putinin SSRI-ni bərpa etmək niyyəti dəfələrlə vurğulanıb. Koen keçmiş sovet vətəndaşı kimi Rusiyanın əsl siyasətinin mahiyyətini bilməlidir. Rusiyanın hər şeyə rəğmən Qarabağın həllinə getməyəcəyini də Koen gözəl bilir”.

Qarabağ danışıqlarının yenidən əvvəlki mərhələyə geri döndüyünü deyən V.Quluzadə bildirdi ki, hazırda müzakirə olunan “böyük sülh sazişini” vaxtilə Kazimirov təklif etmişdi.(qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar